Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Yeyənkənd ərazisində ağacəkmə aksiyasında iştirak edib

Masallıda rayon rəhbəri Yeyənkənd ərazisində ağacəkmə aksiyasında iştirak edib


23-10-2024, 18:11. Разместил: admin44

Masallı rayonunun bütün ərazilərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirlir.

Belə ki, 23 oktyabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov rayonun Yeyənkənd kəndində keçirilən ağacəkmə aksiyasında iştirak etmişdir.

Aksiyada rayon rəhbəri və aparatı ilə yanaşı hüquq mühafizə orqanları, idarə, müəssisə təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Ağacəkmə aksiyasında iştirak edən rayon rəhbəri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyalarının keçirilməsinin Ölkə Başçısının Sərəncamında qeyd olunduğu kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə tədbirləri olduğunu vurğulamış və belə aksiyaların mütəmadi keçirilməsinin vacibliyini öz çıxışında qeyd etmişdir.




шаблоны для dle 11.2
Вернуться назад