Masallıda "Gənclər və idmançıların həmrəylik festivalı” » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda "Gənclər və idmançıların həmrəylik festivalı”

    Masallıda "Gənclər və idmançıların həmrəylik festivalı”


           
     19 dekabr 2024-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Gənclər və idmançıların həmrəylik festivalı” keçirilmişdir. 
              
    Festivalda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi şəxslər iştirak etmişdir.

    İlk öncə festival iştirakçıları idmançıların nümunəvi çıxışları, Masallı Gənclər Evi SXM-nin, Masallı Dövlət Rəsm Qalereyasının, Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Əlil Sahibkarlar İctimai Birliyinin, Masallı rayon Mərkəzi Kitabxana sisteminin, Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin və Masallı 11 illik incəsənət məktəbinin stendlərinə baxış keçirib, digər qurumların hazırladıqları təqdimat stendləri ilə yaxından tanış olublar. 
    Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

      Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini və  eyni zamanda 2024-cü il ərzində rayonda 108 idman tədbiri keçirildiyini, tədbirlərdə 7500 nəfərdən çox idmançının iştirak etdiyini bildirmişdir. 

    Sonra Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə 2024-cü ilin Azərbaycan idmanı, o cümlədən regionumuz üçün uğurlu keçdiyini və bu münasibətlə idman ictimaiyyətini təbrik edib.

    Çıxışlardan sonra tədbir Masallı Uşaq Gənclər İdman Məktəbinin, Masallı Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Masallı PFK-in idmançılarının nümunəvi çıxışları ilə davam edib. Qonaqlar nümunələri izlədikdən sonra il ərzində yüksək nəticə qazanan idmançılar və məşqçi müəllimlər, eyni zamanda fəallığı ilə seçilən təşəbbüskar gənclər Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri ilə təltif ediliblər.
    Tədbir musiqi proqramı ilə davam edib.











    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ