Главная > Siyasət / Manşet > Masallıda aktiv xeyriyyəçilərin mükafatlandırılmasına başlanıldı
Masallıda aktiv xeyriyyəçilərin mükafatlandırılmasına başlanıldıDünən, 18:18. Разместил: admin44 |
![]() Masallı rayonunda Masallı rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən rayon ərazisində xeyriyəçilik fəaliyyəti ilə məşğul olan bir qrup şəxs Fəxri Fərmanla təltif edilmişdir. Belə ki, rayonun Yeyənkənd və Böyük Xocavar kəndlərində aktiv xeyriyəçilər vətənpərvərlik və mərhəmət hissini özlərinə əsas tutaraq ərazilərində sosial-iqtisadi inkişafa nail olmaqdan ötrü aztəminatlı ailələrə və sosial müdafiəyə ehtiyacı olan şəxslərə maddi yardımların göstərilməsini, ehtiyac sahibi olan şəxslər üçün fərdi yaşayış evinin tikintintisini, məhəllədaxili yolların təmiri, abadlıq-quruculuq və yaşıllaşdırma işlərini həyata keçirmişlər. Rayonun ictimai-mədəni həyatında fəal iştirak edən rayonun inkişafına, maddi və mənəvi dəstəklərini əsirgəməyən bir qrup xeyriyəçi Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Nahid Həsənovun iştirakı ilə Masallı rayon İcra Hakimiyyəti başçısının Yeyənkənd və Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən Fəxri Fərmanla təltif edilmişlər. ![]() ![]() ![]() Вернуться назад |