Главная > Siyasət / Manşet > Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi

Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi


12-06-2025, 18:05. Разместил: admin44
12 iyun 2025-ci il tarixdə Masallı şəhər Gənclər Evində Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov Masallı və Yardımlı rayon sakinlərini qəbul edib.
 
Qəbuldan öncə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov Masallı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
 
Vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
 
Qəbuldan sonra nazir Fərid Qayıbov Masallı Gənclər Evinin fəaliyyəti ilə maraqlanıb və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, bir sıra tövsiyələrini verib.









шаблоны для dle 11.2
Вернуться назад