Главная > Siyasət / Manşet > Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdiDünən, 17:05. Разместил: admin44 |
Masallı rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanmaqla yanaşı yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atır. 01 iyul 2025-ci il tarixdə şəhid Bəyalı Məmmədovun anası Tahirə xanımın 85 illik yubileyi münasibəti ilə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəliyi, bələdiyyə, din xadimləri, ziyalılar, ağsaqqallar tərəfindən şəhid anası evində ziyarət olunmuş, rayon rəhbəri Tahirə xanımı təbrik etmiş və öz xoş arzularını çatdıraraq hədiyyələr təqdim etmişdir. Göstərilən diqqət və qayğıya görə şəhid anası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinici Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir. ![]() ![]() ![]() Вернуться назад |