Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025 » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025

    Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025


    25 iyul 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri ilə görüş keçirmişdir. 

    Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın məsul əməkdaşları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, Masallı rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr və şəhid ailələri iştirak etmişilər. 

    Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların yaxınları ilə görüşən Araz Əhmədov görüşü giriş sözü ilə açaraq, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. I Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcəkdir.
    Sonra Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməyib.
    Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

    Masallı rayonunda da ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələnlərin ailə üzvləri, müharibə əlilləri və iştirakçıları daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi tədbirlər görülür.
    Məlumat üçün bildiririk ki, rayon üzrə 256 şəhid, 260 müharibə əlili və 1984 müharibə veteranı vardır.

    25 iyul 2022-ci il tarixdən etibarən Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarına daim həm mənəvi, həm də maddi diqqət və qayğı göstərilmişdir. 

    Belə ki, daxili imkanlar hesabına 6 şəhid ailəsinə fərdi yaşayış evi tikilmiş və onların istifadəsinə verilmişdir. Son 3 il ərzində şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarına ümumilikdə 368 min 300 manat məbləğində maddi yardım edilmişdir. Ondan 26 min manatı cari ilin yanvar-iyul aylarına aiddir. 
    Eyni zamanda daxili imkanlar hesabına şəhid ailələrinin yaşadığı ərazinin mərkəzindən onların evlərinədək olan məsafəyə 100 min kvadrat metr həcmində 1 milyon 250 min manat məbləğində asfalt örtüyü döşənmişdir. Həmçinin daxili imkanlar hesabına şəhid ailələrinin fərdi yaşayış evlərində cari və əsaslı təmir işləri aparılaraq ümumilikdə 90 min manat vəsait sərf edilmişdir. Ondan 42 min manatı son bir ilə aiddir.
    Bundan başqa son 3 il ərzində fiziki aşınmaya məruz qalmış 10 şəhid məzarının təmirinə daxili imkanlar hesabına ümumilikdə 19 min manat məbləğində vəsait xərclənmişdir. Ondan 9 min manatı cari ilə aiddir.     
       
    Son 3 il ərzində rayon ərazisində müxtəlif xeyriyyəçilər, ərazi nümayəndələri və bələdiyyələr tərəfindən şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarına ümumilikdə 100 min manat məbləğində maddi yardım edilmişdir.    
    Şəhid ailələri və xeyriyyəçilər tərəfindən şəhid adına 20 ədəd abidə, 42 ədəd bulaq tikilmiş, şəhid adlarının əbədiləşdirilməsi üçün 49 ədəd barelyef və 124 ədəd şəkil quraşdırılmışdır. 
    Şəhid ailələrinin mənzil və ya fərdi yaşayış evi ilə təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edilmişdir. 

    Sonra söz şəhid ailələrinin nümayəndələrinə verilib. Onlar daim qayğı ilə yanaşan ölkəmizin başcısına minnətdarlıq etmiş, bir sıra problemin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər. İcra başçısı görüşdə iştirak edənləri dinləmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, icrasını diqqətdə saxlayacağını bildirmişdir. 

    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.











    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    2. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    3. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    4. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    5. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    6. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    7. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    8. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    9. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    10. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    11. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    12. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    13. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    14. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    15. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    16. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    17. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 09:32 Nadir Ağayevin xatirə turnirində
    19. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    20. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    21. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    22. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    23. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    24. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    25. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    26. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    27. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    28. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    30. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    32. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    34. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:19 Statistikanın əhəmiyyəti
    38. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    39. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    40. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ