Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025

Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025


31-07-2025, 11:24. Разместил: admin44
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanır, problemlərinin həlli istiqamətində mühüm addımlar atır.
30 iyul 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçısının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi, bələdiyyə, xeyriyyəçilər, kənd sakinləri və media nümayəndləri birlikdə rayonun Xanalıyan kəndində şəhid məzarlarını ziyarət etmişlər.

Daha sonra rayon rəhbəri Sığdaş kəndində şəhidlər bulağını ziyarət etmiş, abidə-bulaq kompleksinin önünə tər qərənfillər düzərək vətən uğrunda canından keçən şəhidlərin xatirəsini dərin ehtiramla yad etmişlər.

Şəhid ailələri və kənd sakinləri onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.





шаблоны для dle 11.2
Вернуться назад