Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçıları daim diqqət mərkəzində saxlanılır, onların qayğıları ilə mütəmadi olaraq maraqlanılır və mövcud çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.Belə ki, 14 yanvar 2026-cı il tarixində Həsənli ərazisinin Köçəkli kəndində keçirilən vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ərazi üzrə şəhid ailələri ilə görüşmüş, onların sosial vəziyyəti, məişət problemləri və qayğıları ilə yaxından maraqlanmışdır.
Şəhid ailələrinə göstərilən bu diqqət dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olmaqla, onların hər zaman qayğı və dəstəklə əhatə olunmasını təmin edir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.































