Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
Öncəqala ərazisinin Hüseynhacılı kəndində keçirilmiş vətəndaş qəbulu zamanı tənha yaşayan Cahangirova Markizə Qulam qızı fərdi qaydada qəbul olunmasını xahiş etmişdir.
Müraciət nəzərə alınaraq qəbul başa çatdıqdan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, media nümayəndələri və ictimaiyyət təmsilçiləri ilə birlikdə Markizə Qulam qızının yaşadığı ünvana baş çəkmişlər.
Ünvana baxış keçirilərkən vətəndaşın məişət şəraiti ilə yerində tanış olunmuş, səhhəti, sosial durumu və gündəlik ehtiyacları diqqətlə dinlənilmişdir. Tənha yaşayan vətəndaşın qayğılarının aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verilmiş, məsələlərin nəzarətdə saxlanılması tapşırılmışdır.
Markizə Qulam qızı ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə etmiş, göstərilən həssas münasibəti yüksək qiymətləndirmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.

































