Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi

    Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi

    04 mart 2026-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 Mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə “Region idmançılarının I festivalı” və idman paradı keçirilmişdir.

    Festivalda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və digər rəsmi şəxslər, həmçinin Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Astara rayonlarının idmançıları iştirak etmişdir.

    Öncə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.

    Festival Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

    Daha sonra festivalda iştirak edən rayonların qələbə əzmli, peşəkar idmançıları və region komandaları tədbir iştirakçılarına təqdim edilmişdir.

    Sonra tədbirin ev sahibi, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov təbrik nitqi ilə çıxış edərək bildirdi ki, martın 5‑i Azərbaycanda idmanın, sağlam həyat tərzinin və gənc nəslin fiziki inkişafının təbliği üçün çox böyük əhəmiyyətə malikdir. Bu əlamətdar günün təsis edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005‑ci il 4 mart tarixli Sərəncamına əsaslanır və ölkəmizdə idmanın geniş vüsət alması üçün mühüm təkan olmuşdur.

    Məhz bu tarixdə — 1995‑ci il martın 5‑də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri ilə görüşərək idmanın inkişafı üçün yeni strategiyanın əsasını qoymuş, İdman Fondunu təsis etmişdir. Bu günü biz həm də milli idman hərəkatının inkişaf tarixinin bir parçası kimi qeyd edirik.

    Bədən tərbiyəsi və idman – yalnız fiziki qüvvə və bacarıq deyil, eyni zamanda intizam, komanda ruhu, sağlam həyat tərzi və mənəvi cəhətdən güclü vətəndaşların formalaşması deməkdir. Bu gün biz idmana başlayan, idmanla məşğul olan və yarışlarda rayonumuzu, ölkəmizi layiqincə təmsil edən gənc idmançılarımızla fəxr edirik.

    Sonra çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov bildirmişdir ki, bu gün keçirilən İdman paradı və I Regional İdman Festivalı bir daha göstərdi ki, Masallı rayonu idman ənənələrinə sadiqdir və regionda idmanın inkişafı istiqamətində mühüm addımlar atılır.

    İdman sağlam cəmiyyətin formalaşmasının əsas şərtlərindən biridir. Gənclərimizin idmana cəlb olunması onların fiziki və mənəvi inkişafına, sağlam və vətənpərvər ruhda yetişməsinə xidmət edir.

    Rəsmi hissənin sonunda rayonun idman sahəsində səmərəli fəaliyyəti, sağlam həyat tərzinin təbliği, yüksək idman nailiyyətlərinin əldə olunmasına mühüm töhvə verməsinə görə İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə təltif olunmuş bir qrup məşqçi-müəllim və idmançıya rayon rəhbəri Araz Əhmədov tərəfindən Fəxri Fərman təqdim edildi.

    Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 Mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə keçirilən “Region idmançılarının I festivalı” və idman paradı idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təqdim etməsi ilə yekunlaşdı.













    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ