Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Təzə Alvadı kəndində yaşayan I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib.
Belə ki, Zeynəb Məmmədova sosial şəbəkə vasitəsilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmək arzusunu ifadə edib. Müraciətdən dərhal sonra rayon rəhbəri Təzə Alvadı kəndinə gedərək vətəndaşla görüşüb.
Görüş zamanı rayon rəhbəri Zeynəb Məmmədovanı qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, onun səhhəti və sosial vəziyyəti ilə yaxından maraqlanıb. Vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Zeynəb Məmmədova rayon rəhbərinin fəaliyyətini sosial şəbəkələr vasitəsilə daim izlədiyini qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
































