Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov I Qarabağ müharibəsi şəhidi Ələddin Ağayevin və antiterror əməliyyatı şəhidi Məmmədov Ramil Habil oğlunun valideynlərinin yaşadığı küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub.
Rayon rəhbəri eyni zamanda şəhid atası Bahəddin Ağayevi ziyarət edib, onun səhhəti ilə maraqlanıb və ailənin qayğılarını dinləyib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların müraciətlərinin operativ həlli və hərtərəfli dəstəklə əhatə olunmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, aidiyyəti qurumların nümayəndələrinə ailənin qaldırdığı məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Şəhid ailəsinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, dövlət tərəfindən şəhid ailələrinə göstərilən davamlı sosial dəstəyi yüksək qiymətləndirdiklərini bildiriblər.
































