Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov milli-mənəvi dəyərlərin qorunması, qədim sənətkarlıq ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərə xüsusi diqqət yetirir.
Masallı Həsirçilik sexinin qarşısında həsirlər və digər əl işlərinin nümayişi və satışının təşkili məqsədilə xüsusi stendlərin hazırlanmasına başlanılıb.
Rayon rəhbəri Həsirçilik sexində olaraq görülən işlərlə yerində tanış olub, qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, həsirçilik Masallının qədim sənətkarlıq ənənələrindən biri olmaqla yanaşı, rayonun zəngin milli-mədəni irsinin mühüm elementlərindəndir. Bu sənətin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.






























