Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir

29 oktyabr 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 may 2026-cı il tarixdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələn məsələlərin həlli istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri açan Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov çıxış edərək bildirmişdir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 07.07.2026-cı il tarixdə “Masallı rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə qərargahın yaradılması barədə” Sərəncam imzalanmışdır.
Sərəncamın icrası ilə əlaqədar Masallı rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı hazırlanaraq təsdiq edilmişdir.
Dövlət Proqramının icrası ilə bağlı Masallı rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin Administarasiyası və müvafiq qurumlar tərəfindən yerlərdə təsərrüfat subyektləri ilə görüşlər keçirilmiş, müzakirələr aparılmışdır.
A.Məhərrəmov qeyd etmişdir ki, yuxarıda qeyd olunan görüşlərdən sonra mütəmadi olaraq təsərrüfat subyektləri ilə əlaqələr saxlanılsa da bu kifayət etmir. Daimi olaraq Azərbaycan Respublikasının Prezidentinin Sərəncamında qeyd olunan tapşırıqlarının icrasına nəzarət gücləndirilməli və rayon ərazisində kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi üçün lazımı addımlar atılmalıdır.
Sonra Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi müdirinin müavini, Sosial-iqtisadi məsələlər, İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi Arif Əzimov təsərrüfat subyektlərinin sentyabr-oktyabr aylarında üzərlərinə götürdüyü öhdəliklər və görülmüş işlər barədə məlumat vermişdir.
Sonda İcra Hakimiyyəti başçısının müavini inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə müavfiq tapşırıq və tövsiyələrini vermişdir.






























