• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda ənənəvi xeyriyyə aksiyası

    Masallıda ənənəvi xeyriyyə aksiyası

    • 13-09-2019, 08:43
    • Təhsil
    • 0
    • 1 366
    Masallıda ənənəvi xeyriyyə aksiyası keçirilib

      Yeni dərs ili ərəfəsində Masallıda bir neçə gündür ki, ənənəvi humanitar aksiyalar keçirilir.
    Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ənənəvi humanitar aksiyada rayonun aztəminatlı ailələrinin uşaqlarına, bir və iki valideynini itirmiş, himayədə yaşayanlar, sosial vəziyyəti aşağı olan və sair ehtiyacı olan uşaqlara 2019-2020 - ci tədris ili ilə əlaqədar məktəbli geyimləri, qiymətli hədiyyələr və ərzaq sovqatı verilib.
    Xeyirxah insanların, Masallıdan olan deputatların, iş adamlarının, xeyriyyəçilərin,  idarə - müəsissə və təşkilatların, ictimai birliklərin əlbir dəstəyi ilə baş tutan, Masallı rayonu üzrə bir neçə gün davam edən, ümumiyyətlə, 500-ə qədər məktəblinin ehtiyacını təmin etmək nəzərdə tutulmuşdur. Və bu məqsədə nail olunmmuşdur.
    Valideynlər və onların uşaqları ilə görüşmək üçün Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, bələdiyyə sədrləri, ərazi nümayəndələri, jurnalistlər bir araya gəlmişlər.
    Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, ölkə rəhbərliyi bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini daim həyata keçirir. Əhalinin sosial təminatı üzrə proqramların da yüksək səmərəliliklə reallaşdığını vurğulamaq gərəkdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində 500-ə yaxın birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilmişdir. Fondun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir. Yeni dərs ili hər şagirdin həyatında əlamətdar hadisədir. Hər bir uşaq yaxşı oxumalı, Vətənə layiqli övlad kimi böyüməlidir. Bu gün onlara kömək olunursa, sabah bu xeyirxahlığı onlar digərləri üçün edəcəklər.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı görüş iştirakçılarına gələcəkdə yaxşı oxumağı tövsiyə edib bildirdi ki, sizin sevinciniz bizim sevincimizdir. Yaxşı oxuyun, valideynlərinizə köməkçi olun. Hökmən deyil ki, ali təhsil alasınız. Əsas odur savadlı gənc kimi yetişin. Müasir həyat Sizin hər birinizdən bunu tələb edir. Valideynlər isə öz növbələrində uşaqlarının dərslərində iştirak etsinlər, onların təlim-tərbiyəsi, bilikləri necə mənimsəməsi ilə məşğul olsunlar, maraqlansınlar. Yeni dərs ilində hər birinizə yalnız yaxşı oxumağı, bilikli olmağı arzu edirəm!
    Uşaqlara geyimlər, ərzaq yardımı paylanıldı. Qoy bilik bayramı ərəfəsi evlərdə yemək hazırlansın, sentyabrın 16-da uşaqlar xoş əhval - ruhiyyə ilə məktəbə yollansınlar.
    Görüşdə çıxış edən aztəminatlı ailələrin valideynləri  - Çaxırlı kəndindən Gülnaz Xəlilova, Hişkədərə kəndindən Aysel Məmmədova və başqaları yeni dərs ili ərəfəsində onların övladlarına göstərilən diqqət və qayğıya  görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və onun xanımı, Birinci vitse - prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.
    Axırda xatirə şəkli çəkdirildi.

    “Yeni həyat”,
    www.yeniheyet.az


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ