Masallıda “Narkomaniya - əsrin bəlası” mövzusunda maarifləndirici tədbir
- 12-02-2022, 21:18
- Təhsil
- 0
- 436
Masallıda “Narkomaniya - əsrin bəlası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Narkomaniya - əsrin bəlası” mövzusunda tədbir keçirilmişdir.
İlk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, Masallı Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Təhmasib Məcidov narkomaniya kimi zərərli vərdişlərin yaratdığı fəsadlardan, gənc nəslin sağlam tərbiyəsi yönümündə aparılan maarifləndirici işlərdən danışıblar.
Masallı şəhər 1 saylı tam orta məktəbinin müəlim və şagirdlərinin iştirak etdiyi tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb.
www.yeniheyet.az