• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Vətən müharibəsi iştirakçıının gənclərlə onlayn görüşü

    Masallıda Vətən müharibəsi iştirakçıının gənclərlə onlayn görüşü

    Masallıda Vətən müharibəsi iştirakçıının gənclərlə onlayn görüşü keçirilib

    “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Ağa Ağazadənin gənclərlə onlayn görüşü keçirilib.
    Layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü və müdafiəsi uğrunda canından keçən şəhidlərin, eləcə də qazi və döyüşçülərin həyat və döyüş yolunu öyrənmək, həmçinin onların şücaətini gənc nəslə təbliğ etməkdir.
    Virtual görüş öncəsi Vətənin azadlığı yolunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən çağırış oldu: “44 gün davam edən müharibədə xalqımızın nümayiş etdirdiyi möhtəşəm səfərbərliyi, dövlət başçısı ətrafında sıx birləşməsi qüdrətli Azərbaycanın bütün dünyada özünün təsdiqi kimi qəbul edildi. Azərbaycanın şanlı ordusunun gücü və Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti, siyasi iradəsi nəticəsində müharibənin qələbə ilə başa çatması qürurumuzu bizə qaytardı.” Vətən müharibəsi iştirakçısı Ağa Ağazadə İkinci Qarabağ savaşında keçdiyi döyüş yolu barədə məlumat verib. Müharibə getdiyi günlərdə yaşadıqları hissləri, ağrı-acılı xatirələri görüş iştirakçıları ilə bölüşüb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Ağa həkim-zabit kimi döyüşçülərimizin xidmətində dayanması ilə qürur duyduğunu bildirib. O, gənclərdə vətənpərvərlik hisslərinin daha da güclənməsi üçün tövsiyələrini verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
    Məlumat üçün bildirək ki, Ağa Məmmədağa oğlu 1985-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində, ziyalı ailəsində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Bir il Bakı şəhər “Sağlam-Ailə” klinikasında işləyib. Sonra ordu sıralarına çağırılıb. İki il (2009-2011) hərbi tibb xidməti rəisi vəzifəsini daşıyıb. Sonra Masallı rayon Mərkəzi Xəstəxanasında (2011-2015), “Həyat” klinikasında (2015-2021) uroloq-androloq kimi çalışıb. Hazırda Davinçi Hospitalda işləyir.
    2013-2014-cü illərdə Türkiyənin Samsunq şəhərində Ondokuz Mayıs Universitetinin uroloji bölməsində andrologiya ixtisası üzrə kurslarda olub. Azərbaycan Androloji Cəmiyyətin üzvü A.Ağazadə Türkiyədə, Bakı və Qəbələ şəhərlərində təşkil olunan elmi konfranslarda müxtəlif mövzularda çıxış edib.
    Ailəlidir, üç övladı var.

    Akif AĞAYEV,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ