MASALLI - Xırmandalıda yaz-tarla işləri genişləndirilir
- 4-05-2020, 12:10
- Aqrar
- 0
- 867
Xırmandalı ərazisində yaz-tarla işləri genişləndirilir
Xırmandalı ərazisində yaz-tarla işlərinin mühüm dövrüdür
Ərazidə badımcan sahələrinə xüsusi qayğı var. Bu bitkinin məhsuldarlığını nəzərə alan Xırmandalı fermerləri 210 hektar sahədə örtük altında badımcan yetişdirilrər. Hazırda bitkilər qız-gəlinlərin qayğısı ilə əhatələnib.
15 hektar sahədə xiyar yetişdirilir, 5 hektara pomidor şitili köçürülüb. İndiyədək 4 hektar sahədə tütün əkilib. Bir sözlə, Xırmandalı ərazisində yaz-tarla işləri, əmək həyatı bulaq kimi qaynayır.
Ərazidə kənd təsərrüfatının məhsulları ilə məşğul olan əməkçilər səylə işləyir, bu günün işini sabaha qoymurlar. Onlar yaxşı bilirlər ki, bu gün əldən qalan iş xeyli məhsuldarlığın itkisi deməkdir.
Xırmandalı ərazisində, bu günlər demək olar hamı əkib-becərməklə məşğuldur. Əraziyə gedən yolla irəlilədikcə tərəvəz, bostan, tütün sahələri göz oxşayır. Burada son vaxtlar torpağa qayıdış böyük maraq doğurur.
İndi ərazini əhatə edən Hacıtəpə və Ərəb kəndlərində də torpaq sakinlərin məşğulluğunu təmin edən vasitəyə dönüb. Əl işdən soyumur. Kənd ərazisinə daxil olan kimi bunu aydın görmək olur. Kimi kartof, çiyələk, sarımsaq yığır, kimi tütün şitili əkir, kimi üzüm bağlarını becərir, kimi də biçdiyi otu yığıb, mal-qarası üçün yem tədarük edir. Çəltikçilər isə hələlik şitil yetişdirirlər. May ayının sonu - iyunun əvvəllərində onu sahələrə köçürəcəklər. Noxud, sarımsaq, bostan-tərəvəz sahələrində də qızğın iş gedir.
Qeyd edək ki, əməksevər xırmandalı camaatı şəxsi həyət — bacalarında da bir qarış yer saxlamırlar. Şəxsi təsərrüfatlar da əkin altındadır. Taxıl sahələri də unudulmur.
Həsənağa ƏLİYEV,
“Yeni həyat”,
www.yeniheyet.az