• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Strateji Yol xəritələrinin uğurlu icrası regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradır

    Strateji Yol xəritələrinin uğurlu icrası regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradır

    Strateji Yol xəritələrinin uğurlu icrası regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradır


     
    Strateji Yol xəritələrinin uğurlu icrası regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bölgələrdə, eləcə də Lənkəranda görülən işlər, ümumilikdə, Azərbaycanın inkişaf dinamikasını əks etdirir.
    AZƏRTAC-ın bölgə müxbiri Bağır Əliyev xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi növbəti regional müzakirədə səsləndirilib.
    Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə Masallı, Astara, Lənkəran, Lerik, Yardımlı və Cəlilabad rayonlarını təmsil edən 200-dən çox sahibkar, bələdiyyələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
    Müzakirələrdən əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
    Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Lənkəran iqtisadi rayonu çay, çəltik, sitrus meyvələri və baramaçılığın, eləcə də digər ixracyönümlü əkin və təsərrüfat sahələrinin inkişaf etdirilməsi baxımdan Azərbaycanda öndə olan rayonlardandır. Bu sahələr iqtisadi cəhətdən çox əhəmiyyətli və gəlirli olduğu üçün dövlət tərəfindən onların inkişaf etdirilməsinə xüsusi qayğı ilə yanaşılır.
    Prezident Administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Elxan Mikayılov çıxış edərək bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar bölgələrdə iqtisadi aktivliyin artırılmasına və investisiya cəlbediciliyinin yaxşılaşdırılmasına imkan verib. Makroiqtisadi sabitliyin təmin olunması, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində görülən tədbirlər bölgələrə daha çox investisiya cəlb etmək imkanı yaradıb. Regionların bu şəraitdən yetərli səviyyədə bəhərlənməsi zəruridir.
    Qeyd olunub ki, davamlı şəkildə bir neçə istiqamət üzrə aparılan islahatlar nəticəsində infrastruktur layihələri sürətlə icra edilir. Dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul olunub. Bundan başqa, kənd təsərrüfatı layihələrinin icrası, müasir texnologiyaların tətbiq olunması bölgələrin iqtisadiyyatına, eyni zamanda, ixrac potensialına da müsbət təsir göstərir.
    Sonra çıxış edən Milli Məclisin komitə sədri Hadı Rəcəbli bildirib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Məşğulluğun təmin olunmasının vacibliyinə toxunan H.Rəcəbli işaxtaran və aztəminatlı ailələrin özünüməşğulluq proqramında fəal iştirak etdiklərini diqqətə çatdırıb.
    Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının meneceri Zaur Qardaşov portalın fəaliyyəti, son dövrlərdə əldə etdiyi uğurlar, eləcə də “Bir pəncərə” İxraca Dəstək Mərkəzi barədə geniş məlumat verib.
    İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov isə təmsil etdiyi qurumun bu bölgə üzrə gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib.
    Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
    Tədbirdə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Ədalət Fərəcov və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri də iştirak edib.
    Qeyd edək ki, regional ictimai müzakirələr ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi və dövlət-özəl sektor dialoqunun güclənməsinə töhfə vermək məqsədi daşıyır.
    Bu cür regional müzakirələr Azərbaycanın bütün bölgələrini əhatə edir. İndiyə qədər Ağdam, Şəki, Quba, İsmayıllı, Gəncə, Sumqayıt və Şirvanda regional müzakirə keçirilib.
     
     
     
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ