Masallıda Bələdiyyə büdcələrinin gəlir və xərcləri açıqlanıb
- 24-10-2022, 17:04
- İqtisadiyyat
- 0
- 296
Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki,rayonda fəaliyyət göstərən bələdiyyələrin 2022-ci ilin yanvar-sentyabr aylarında büdcə gəlirləri 353,6 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Bələdiyyələrin 2022-ci ilin yanvar-sentyabr aylarında büdcə xərcləri 380,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 38,6 faiz çoxdur.
Fəaliyyət göstərən 36 bələdiyyənin 86,1 faizi hesabat dövrünü yerli büdcənin defisiti (kəsiri) ilə başa vurmuşdurlar.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az