2024-cü İLDƏ MASALLI RAYONUNUN İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ ARTMIŞDIR- STATİSTİKA » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 2024-cü İLDƏ MASALLI RAYONUNUN İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ ARTMIŞDIR- STATİSTİKA

    2024-cü İLDƏ MASALLI RAYONUNUN İQTİSADİ VƏ SOSİAL İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ ARTMIŞDIR- STATİSTİKA


     
    Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2024-cü ildə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 580709,0 min manat təşkil etmiş və əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 5,5 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2023-cü illə müqayisədə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,3 faiz, sənaye sahəsində 15,1 faiz, tikinti sahəsində 14,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 37,8 faiz, informasiya və rabitə sahəsində 22,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində isə 0,5 faiz artmışdır.

            Sənaye. Rayonun sənayesi mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələrindən ibarətdir. 2024-cü ildə 28 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. 2024-cü ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 15,1 faiz artaraq 138832,9 min manat təşkil etmişdir. 

            2024-cü ildə istehsal edilmiş və göstərilmiş xidmətlərin 86,5 faizi emal sənayesində, 11,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda, 0,2 faizi isə mədənçıxarma sənayesində olmuşdur.

            Mədənçıxarma sənayesi müəssisələri tərəfindən 2024-cü ildə istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi 245,7 min manat olmuşdur.

            Emal sənayesi müəssisələri tərəfindən 2024-cü ildə istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 16,8 faiz artaraq 120140,8 min manat təşkil etmişdir. Sahə üzrə məhsul istehsalının əsasını mebellərin istehsalı (86,2 faiz), qida məhsullarının istehsalı (7,3 faiz), tikinti materiallarının istehsalı (1,7 faiz), kimya sənayesi (1,6 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (2,0 faiz) və digər məhsulların istehsalı (1,2 faiz) təşkil etmişdir. 

            Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2024-cü ildə malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 7,2 faiz artaraq 16315,8 min manat təşkil etmişdir.

            Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın real həcmi müqayisəli qiymətlərlə 16,4 faiz artaraq 2130,6 min manat təşkil etmişdir.

            Tikinti. 2024-cü ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 23183,3 min  manat və ya 2023-cü illə müqayisədə 69,5 faiz az vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitlərin 5090,0 min manatı və ya 22,0 faizi yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. 

            Əsas kapitala yönəldilmiş vəsaitlərin 22752,2 min manatı və ya 98,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 2023-cü illə müqayisədə 68,6 faiz az olmuşdur.

            Əsas kapitala yönəldilmiş vəsaitin 7,3 faizini dövlət sektoru, 92,7 faizini isə                   qeyri-dövlət sektoru təşkil etmişdir.

            2024-cü ildə fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin həcmi 28605,9 min manat təşkil etmiş və 2023-cü illə müqayisədə 14,0 faiz çox olmuşdur. Ümumi tikinti işlərinin 215,6 min manatını və ya 0,8 faizini tikinti yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə işləri, 3784,5 min manatını və ya 13,2 faizini əsaslı təmir, 22865,4 min manatını və ya 79,9 faizini cari təmir, 1740,4 min manatını və ya 6,1 faizini isə sair işlər təşkil etmişdir.

            Kənd təsərrüfatı. 2024-cü ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının ümumi dəyəri 2023-cü ilə nisbətən 0,3 faiz artaraq 201522,7 min manat olmuş, o cümlədən onun 93822,2 min manatı və ya 46,6 faizi bitkiçilik məhsullarının, 107700,5 min manatı və ya 53,4 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

            Nəqliyyat. 2024-cü ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 14240,0 min nəfər sərnişin daşınmış və 2023-cü illə müqayisədə 9,0 faiz artmışdır. 2024-cü ildə avtomobil nəqliyyatı ilə 2475,0 min ton yük daşınmış və 2023-cü illə müqayisədə 6,1 faiz artmışdır.

            2024-cü ildə nəqliyyat və anbar təsərrüfatı xidmətlərindən əldə olunan gəlirin ümumi dəyəri 2023-cü illə müqayisədə 37,8 faiz artaraq 24423,4 min manat olmuşdur ki, onun da 9482,2 min manatı və ya 38,8 faizi hüquqi şəxslərin, 14941,2 min manatı və ya 61,2 faizi isə fiziki şəxslərin payına düşür. 

            İnformasiya və rabitə. 2024-cü ildə informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin dəyəri real ifadədə 2023-cü illə müqayisədə 875,7 min manat və ya 22,8 faiz artaraq 4661,5 min manat təşkil etmişdir. Göstərilmiş xidmətlərin 3731,1 min manatı və ya 80,0 faizi dövlət sektoru, 930,4 min manatı və ya 20,0 faizi isə qeyri-dövlət sektoru tərəfindən həyata keçirilmişdir.

            Əmtəə bazarı. 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 570820,6 min manatlıq məhsul satılmış, onun 184800,7  min manatını və ya 32,4 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 386019,9 min manatını və ya 67,6 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.       

            2023-cü ilə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalmışdır.

            İctimai iaşə xidmətləri. 2024-cü ildə ictimai iaşə dövriyyəsi 2023-cü illə müqayisədə 12,8 faiz artaraq 17000,0 min manat olmuşdur. İctimai iaşə dövriyyəsinin 1,8 faizi və ya 312,1 min manatı hüquqi şəxslərin, 98,2 faizi və ya 16687,9 min manatı isə fiziki şəxslərin payına düşür.

            Əhaliyə göstərilən ödənişli xidmətlər. 2024-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 8,5 faiz artaraq 121786,5 min manat təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 11500,0 min manatını və ya 9,4 faizini məişət xidmətləri təşkil etmişdir.

             Mehmanxana (hotel) və mehmanxana tipli obyektlər. 2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri əvvəlki illə müqayisədə 59,4 faiz artaraq  3823,8 min manat olmuş, o cümlədən 66,4 faizi nömrələrin satışından, 32,4 faizi iaşə xidmətlərindən, 1,2 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir. 

            2024-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin xərcləri əvvəlki illə müqayisədə 57,3 faiz artaraq 1991,3 min manat, o cümlədən 27,3 faizi əməkhaqqı xərcləri, 32,4 faizi içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 7,2 faizi bütün növ yanacaq və enerji xərcləri, 4,3 faizi büdcəyə ödənilən vergilər, 1,7 faizi əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər, 0,7 faizi suyun alınmasına çəkilən xərclər, 0,9 faizi reklam xərcləri, 0,1 faizi icarə ödəmələri, 25,4 faizi isə digər xərclər olmuşdur. 

            Qiymət indeksləri. Rayon üzrə 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,6 faiz, 2024-cü ildə əvvəlki illə müqayisədə isə 101,6 faiz təşkil etmişdir.

           2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,8 faiz, 2024-cü ildə əvvəlki illə  müqayisədə isə 101,8 faiz təşkil etmişdir.

           2024-cü ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,7 faiz, 2024-cü ildə əvvəlki illə müqayisədə isə 98,8 faiz təşkil etmişdir.

           2024-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,1 faiz, 2024-cü ildə əvvəlki illə müqayisədə isə 104,0 faiz təşkil etmişdir.

     Bələdiyyə. Fəaliyyət göstərən bələdiyyələrin 2024-cü ildə büdcə gəlirləri 1088,0 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 62,7 faiz çox olmuşdur. Bələdiyyələrin 2024-cü ildə büdcə xərcləri 1064,3 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 70,6 faiz çox olmuşdur. 

    Yeni açılmış iş yerləri. 2024-cü ildə hüquqi şəxslər üzrə 414 yeni iş yeri açılmışdır. İş yerlərindən 24,9 faizi mövcud, 75,1 faizi isə yeni yaradılmış müəssisə və təşkilatlarda yaradılmışdır.

    Muzdla işləyənlərin sayı. Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-noyabr aylarında  15505 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7649 nəfər (49,3 faiz), qeyri-dövlət sektorunda isə 7856 nəfər (50,7 faiz) təşkil etmişdir. 

    Muzdlu işçilərin 24,7 faizi məhsul istehsalı sahələrində, 75,3 faizi isə xidmət sahələrində çalışanlar təşkil etmişdir. 

     Əməkhaqqı. 2024-cü ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artaraq 598,3 manat təşkil etmişdir. Dövlət  müəssisələrində çalışan işçilərin əməkhaqqları 734,1 manat (əvvəlki ilin müvafiq dövründən 6,1 faiz çox), özəl müəssisələrdə isə 461,5 manat (əvvəlki ilin müvafiq dövründən 5,8 faiz çox) olmuşdur.

     Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, maliyyə və sığorta, dövlət idarəetməsi və müdafiə; sosial təminat, təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, həmçinin informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı digər sahələrdən daha yüksək olmuşdur. 

    Təhsil. İlkin məlumatlara əsasən, 2025-ci ilin əvvəlinə rayonda fəaliyyət göstərən 17 dövlət və 2 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 979 nəfər uşaq tərbiyə alır. 

     2024/2025-ci tədris ilinin əvvəlinə rayonda 95 dövlət ümumi təhsil müəssisələrində 28643 nəfər təhsil almışdır.

    2024-cü ildə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini 1736 nəfər bitirmişdir ki, bu da əvvəlki illə müqayisədə 0,3 faiz çox olmuşdur.

     2024/2025-ci tədris ilinin əvvəlinə rayonda fəaliyyət göstərən 1 orta ixtisas təhsili müəssisəsində 828 tələbə təhsil almış, onların 56,8 faizini qadınlar təşkil etmişdir. Əvvəlki illə müqayisədə tələbələrin sayı 10 nəfər və ya 1,2 faiz az olmuşdur.


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:20 Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026
    2. 16:23 Rayon rəhbəri 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində səyyar qəbul keçirib
    3. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    4. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    5. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    6. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    7. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    8. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    9. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    10. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    11. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    12. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    13. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    14. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    15. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    16. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    17. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    18. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    19. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    20. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    21. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    22. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    23. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    24. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    25. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    26. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    27. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    28. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    29. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    30. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    31. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    32. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    33. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    34. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    35. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    36. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    37. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    38. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    39. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    40. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ