Главная > İqtisadiyyat > Masallıda barama tədarükü yekunlaşdı

Masallıda barama tədarükü yekunlaşdı


Dünən, 12:45. Разместил: admin44


Masallı rayonunda barama istehsalına göstərilən diqqət nəticəsində bu sahəhədə əhəmiyyətli artım müşahidə olunur. 2025-ci ildə Masallı rayonunda barama mövsümünün başlanması ilə əlaqədar kümçülərə 90 qutu barama qurdu paylanılmışdır.

Masallı Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi və tapşırığı əsasında rayonda barama istehsalının artırılması üçün vaxtında lazımı tədbirlər həyata keçirilmiş və nəticədə 2025-ci ildə barama istehsalı 1560 kiloqrama çatdırılmışdır.

Qeyd edirik ki, kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama «Azəripək» MMC tərəfindən təhvil alınmış, hər kiloqram yaş baramaya görə subsidiya ödəniləcəkdir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir.
шаблоны для dle 11.2
Вернуться назад