MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA

    MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA

     

            Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2025-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 334285,0 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə sənaye sahəsində 14,7 faiz azalmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 1,0 faiz, tikinti sahəsində 21,3 faiz, informasiya və rabitə sahəsində 38,7 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində isə 7,9 faiz artmışdır.

            Sənaye. Rayonun sənayesi mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələrindən ibarətdir. 2025-ci ilin yanvar-iyun aylarında 28 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. 2025-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 14,7 faiz azalaraq 57132,7 min manat təşkil etmişdir. 

            2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmiş və göstərilmiş xidmətlərin 82,3 faizi emal sənayesində, 16,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda, 0,1 faizi isə mədənçıxarma sənayesində olmuşdur.

            Mədənçıxarma sənayesi müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun  aylarında istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi 30,0 min manat olmuşdur.

            Emal sənayesi müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında istehsal edilmiş və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 12,6 faiz azalaraq 47025,6 min manat təşkil etmişdir. Sahə üzrə məhsul istehsalının əsasını mebellərin istehsalı (75,3 faiz), qida məhsullarının istehsalı (11,7 faiz), tikinti materiallarının istehsalı (2,7 faiz), kimya sənayesi (4,1 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (2,7 faiz), maşın və avadanlıqların quraşdırılması və təmiri (2,6 faiz) və digər məhsulların istehsalı (0,9 faiz) təşkil etmişdir. 

            Elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 26,8 faiz azalaraq 9202,9 min manat təşkil etmişdir.

            Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın real həcmi 2025-ci ilin yanvar-iyun aylarında müqayisəli qiymətlərlə 1,4 faiz azalaraq 874,2 min manat təşkil etmişdir.

            Tikinti. 2025-ci ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7865,1 min  manat və ya 2024-cü ilin müvafiq dövrünə nisbətən  16,3 faiz çox vəsait yönəldilmişdir. 

            Əsas kapitala yönəldilmiş vəsaitlərin 7287,9 min manatı və ya 92,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,8 faiz çox olmuşdur.

            Əsas kapitala yönəldilmiş vəsaitin 19,9 faizini dövlət sektoru, 80,1 faizini isə                   qeyri-dövlət sektoru təşkil etmişdir.

            Fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin həcmi 9379,8 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 21,3 faiz  çox olmuşdur. Ümumi tikinti işlərinin 2778,8 min manatını və ya 29,6 faizini inşa yenidənqurma və bərpa  işlərinin dəyəri,147,4 min manatını və ya 1,6 faizini əsaslı təmir, 5434,5 min manatını və ya 57,9 faizini cari təmir, 1019,1 min manatını və ya 10,9 faizini isə sair işlər təşkil etmişdir.

            Kənd təsərrüfatı. 2025-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının ümumi dəyəri 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 0,5 faiz artaraq 158434,3 min manat olmuş, o cümlədən onun 95467,0 min manatı və ya 60,3 faizi bitkiçilik məhsullarının, 62967,3 min manatı və ya 39,7 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

            Nəqliyyat. 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 7795,0 min nəfər sərnişin daşınmış və 2024-cü ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artmışdır. 2025-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 1220,0 min ton yük daşınmış və 2024-cü ilin müvafiq dövrünə nisbətən 7,0 faiz artmışdır. 2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatı xidmətlərindən əldə olunan gəlirin ümumi dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən 1,0 faiz artaraq 11437,3 min manat olmuşdur ki, onun da 4059,6 min manatı və ya 35,5 faizi hüquqi şəxslərin, 7377,7 min manatı və ya 64,5 faizi isə fiziki şəxslərin payına düşür. 

            İnformasiya və rabitə. 2025-ci ilin yanvar-iyun aylarında informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 833,5 min manat və ya real ifadədə 38,7 faiz artaraq 2984,6 min manat təşkil etmişdir. Göstərilmiş xidmətlərin 2087,6 min manatı və ya 69,9 faizi dövlət sektoru, 897,0 min manatı və ya 30,1 faizi isə qeyri-dövlət sektoru tərəfindən həyata keçirilmişdir.

            Əmtəə bazarı. 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 296613,5 min manatlıq məhsul satılmış, onun 105909,9 min manatını və ya 35,7 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 190703,6 min manatını və ya 64,3 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.       

            2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi 2024-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,9 faiz, qeyri-ərzaq malları üzrə isə 9,1 faiz artmışdır

            İctimai iaşə xidmətləri. 2025-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 14,2 faiz artaraq 8726,0 min manat olmuşdur. İctimai iaşə dövriyyəsinin 0,2 faizi və ya 13,3 min manatı hüquqi şəxslərin, 99,8 faizi və ya 8712,7 min manatı isə fiziki şəxslərin payına düşür.

            Əhaliyə göstərilən ödənişli xidmətlər. 2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 9,4 faiz artaraq 67316,5 min manat təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 6232,0 min manatını və ya 9,3 faizini məişət xidmətləri təşkil etmişdir.

             Mehmanxana (hotel) və mehmanxana tipli obyektlər. 2025-ci ilin yanvar-iyun aylarında bu mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz artaraq 19510 gecə olmuşdur. Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 19154 gecə olmuşdur ki, bu da ümumi gecələmələrin 98,2 faizini təşkil etmişdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin isə mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 356 gecə olmuşdur ki, bu da ümumi gecələmələrin 1,8 faizini təşkil etmişdir.

            Yerləşdirilmiş şəxslərin  sayı 12756 nəfər olmuş, onların  12583  nəfəri və ya 98,6 faizi Azərbaycan vətəndaşları, 173 nəfəri və ya 1,4 faizi isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olmuşdur.

            2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artaraq  1675,2 min manat olmuş, o cümlədən 69,1 faizi nömrələrin satışından, 29,7 faizi iaşə xidmətlərindən, 1,2 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir. 

            2025-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin xərcləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz artaraq 944,7 min manat, o cümlədən 27,1 faizi əməkhaqqı xərcləri, 28,6 faizi içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 6,6 faizi bütün növ yanacaq və enerji xərcləri, 3,6 faizi büdcəyə ödənilən vergilər, 1,3 faizi əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər, 0,6 faizi suyun alınmasına çəkilən xərclər, 1,1 faizi reklam xərcləri, 31,1 faizi isə digər xərclər olmuşdur. 

            Qiymət indeksləri. 2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,6 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 105,2 faiz təşkil etmişdir.

           2025-ci ilin iyun ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,0 faiz, 2025-ci ilin yanvar-iyun aylarında  əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 107,7 faiz təşkil etmişdir.

           2025-ci ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,0 faiz, 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 101,4 faiz təşkil etmişdir.

           2025-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,0 faiz, 2025-ci ilin yanvar-iyun aylarında   əvvəlki illin müvafiq dövrü  ilə müqayisədə isə 105,1 faiz təşkil etmişdir.

            Bələdiyyə. Fəaliyyət göstərən bələdiyyələrin 2025-ci ilin yanvar-iyun aylarında büdcə gəlirləri 266,4 min manat olmuş əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 8,1 faiz, büdcə xərcləri 257,4 min manat xərclər isə 15,3 faiz az olmuşdur. 

            Yeni açılmış iş yerləri. 2025-ci ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə 28 yeni iş yeri açılmışdır. İş yerlərindən hamısı mövcud hüquqi şəxslərdə yaradılmışdır.

            Muzdla işləyənlərin sayı. Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2025-ci ilin yanvar-may aylarında 15189 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7559 nəfər (49,8 faiz), qeyri-dövlət sektorunda isə 7630 nəfər (50,2 faiz) təşkil etmişdir. 

            Muzdlu işçilərin 24,5 faizi məhsul istehsalı sahələrində, 75,5 faizi isə xidmət sahələrində çalışanlar təşkil etmişdir. 

            Əməkhaqqı. 2025-ci ilin yanvar-may aylarında orta aylıq nominal əməkhaqqı  2024-cü ilin müvafiq dövrünə nisbətən nisbətən 9,0 faiz artaraq 645,3 manat təşkil etmişdir. Dövlət  müəssisələrində çalışan işçilərin əməkhaqqları 777,3 manat (əvvəlki ilin müvafiq dövründən 7,4 faiz çox), özəl müəssisələrdə isə 502,5 manat (əvvəlki ilin müvafiq dövründən 10,5 faiz çox) olmuşdur.

            Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, maliyyə və sığorta sahəsində, dövlət idarəetməsi və müdafiə; sosial təminat bölməsində, təhsil sahəsində, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, eləcə də informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı digər sahələrdən daha yüksək olmuşdur. 

     

     

     

     

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ