Masallıda yaşıllıqların salınması geniş vüsət alıb
- 29-04-2020, 16:09
- Maraqlı
- 0
- 967
Masallıda yaşıllıqların salınması geniş vüsət alıb
Yeni yaşıllıqların salınması və ağac əkilməsinin təşviqi Masallıda ənənə halını alıb. Bu, rayonda ağacəkmə kampaniyasının daha da kütləviləşməsinə rəvac verir.
Şəhər, qəsəbə və kəndlərdə yaşıllıqların salınması tədbirləri artıq kütləviləşib, əksər ərazilərdə geniş yaşıllıq zolaqları salınıb və bu işlər mövsümi olaraq davam edir.
Magistral və kəndarası yol kənarlarında, təhsil və səhiyyə ocaqlarının həyətlərində, eləcə də digər xüsusi təyin olunan sahələrdə ərazilərin relyefi nəzərə alınmaqla Ərkivan qəsəbəsində 4000, Tüklədə, Bədəlanda, Viləş kəndində 1000, Lürəndə, Şərəfədə 400 ədədə yaxın tuya, küknar, şam ağacları, həmişəyaşıl gül kolları əkilib. Bundan əlavə ərazilərdə meyvə bağları da salınıb.
Bu işlərdə hər bir sakin xüsusi fəallıq göstərir. Çünki onlar bilirlər ki, yaşıllıqların salınmasında, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ölkəmizdə yaşıllıq sahələrinin artırılması, qorunması və insanlarda təbiətə qayğı hissini aşılamaqdır.
Xüsusi mühafizə olunan zolaqlarda əkilən yeni ağaclara vaxtaşırı qulluq edilir.
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az