MASALLI ŞƏHƏR SAKİNLƏRİNİN NƏZƏRİNƏ!
- 29-07-2022, 15:35
- Maraqlı
- 0
- 377
Əziz Masallı şəhər sakinləri!
Masallı şəhər bələdiyyəsi bildirir ki, 2022-ci il üçün Masallı şəhər ərazisində daşınmaz əmlak üzrə mülkiyyət sahiblərinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi, 206.3-cü maddəsinə əsasən torpaq vergisi hesablanmışdır. Bununla bağlı tədiyyə bildirişləri hazırlanmış və ünvanlara göndərilmişdir.
Əziz sakinlər! Sizdən tələb olunur ki, 15 noyabr 2022-ci il tarixə kimi əmlak və torpaq vergilərinizi Masallı bələdiyyəsinin “Azərpoçt”un Masallı poçt filialındakı hesabına ödəyəsiniz.
Vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faiz məbləğində faiz tutulacaq və maliyyə sanksiyyası tətbiq ediləcək.
Bununla bağlı hər hansı bir çətinlik yaranarsa Masallı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanında yerləşən Masallı şəhər bələdiyyəsinə müraciət edərək Sizə köməklik göstərilə bilər.
MASALLI ŞƏHƏR BƏLƏDİYYƏSİ.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az