• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ağdamda Azərbaycan Milli şəhərsalma Forumunun açılş mərasimi

    Ağdamda Azərbaycan Milli şəhərsalma Forumunun açılş mərasimi


    BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işbirliyi, ADA Universitetinin təşkilati dəstəyi ilə Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edib. Mövzusu “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” olan Forum Ağdamda keçirilib. Bu, Ağdamda keçirilən ilk böyük beynəlxalq tədbir kimi tarixə düşəcək. Ola bilsin, yalnız işğaldan azad edildikdən sonra deyil, ümumən Ağdam şəhərinin tarixində belə miqyas, format və məzmunda tədbir ilk dəfə keçirilirdi: söhbət 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə 400 nəfərdən çox insanın qatıldığı mühüm Forumdan gedir.

    Ağdam Forumundan 100 gün öncə - 27 iyun 2022-ci ildə Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzulu XI sessiyasında videoformatda çıxış edən Azərbaycan Prezidenti respublikamızın Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə evsahibliyi etmək arzusunu və buna hazır olduğumuzu bildirmişdi. Budur, “Bizim sözümüz imzamız qədər keçərlidir” deyən Prezident İlham Əliyevin açılış nitqi söylədiyi Azərbaycan Milli Şəhərsalma Forumu uğurla baş tutdu.Ölkəmiz onlarla fərqli foruma evsahibliyi etmiş olsa da, Milli Şəhərsalma Forumu bizimçün ilk təcrübədir. Bu ilk təcrübənin məhz Ağdam şəhərində - daha doğrusu, şəhər yerində qazanılması özlüyündə bir uğurlu hadisədir. Necə deyərlər, gəldilər, eşitdilər, gördülər.

    BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin Ağdamdakı Forumda çıxışına diqqət edək: “Zati-aliləri Prezident İlham Əliyevin himayəsi altında Azərbaycan hökumətinin təşkil etdiyi ilk Milli Şəhərsalma Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir.Cənab Prezident, Ağdamda keçirilən birinci Azərbaycan Milli Şəhərsalma Forumuna dəvətiniz məni çox məmnun etdi. Bu konfrans zalı, Füzuli Hava Limanı və tikinti layihələri Sizin hökumətinizin postmünaqişə ərazisində şəhərlərin bərpası istiqamətində səylər göstərmək əzmini və fədakarlığını nümayiş etdirir. Siz vətəndaşlarınız üçün daha yaxşı gələcək qurursunuz. Təbrik edirəm”.Girişdə də vurğuladığımız kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Forumda çıxış edib. Dövlət başçısının çıxışı öz dərin məzmunu, informativliyi, beynəlxalq aləmə ismarıcları, ehtiva etdiyi qətiyyət və iradə ilə seçilir. “İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb” kimi cümlələrlə başlayan bu çıxış Ağdamın işğalöncəsi və işğal illərini, işğalsonrası dönəmi yığcam şəkildə çatdıran çox təsirli çıxış kimi yaddaşlarda qalacaq: “Artıq qeyd etdiyim kimi, Ağdam işğal illərində dağıdılıb.

    O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb...Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımız buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava Limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü.

    Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur”.Beləliklə, Ağdam böyük bir Foruma evsahibliyi etdi. Dünyaya bir daha duyuruldu ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğal dönəmində ərazilərimizə 1 milyondan çox mina basdırılıb. Odur ki, işğala son vermiş Azərbaycanın qarşısında yalnız genişmiqyaslı bərpa proqramı durmur, eyni zamanda, ərazilərin minalardan təmizlənməsi, Ağdama böyük qayıdışın, hələliksə işçilərin təhlükəsizliyini təmin etmək vəzifəsi durur. 44 ölkədən olan 130-dan çox nümayəndə, onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə bir daha duyuruldu ki, müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların qurbanı olub. Təəssüf ki, 250 hələ son rəqəm deyil, az qala hər həftə yeni mina qurbanları olur. Yəni Ermənistanın Azərbaycana, mülki əhaliyə qarşı sürünən terror siyasəti hələ də davam edir.Bəli, Forumun keçirildiyi “Ruhlar şəhəri”, başqa bir deyimlə, “Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhərinə, ümumən işğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalının çox acı sonuclarını öz gözləri ilə görür: “Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”.



    Yaqubzadə Fikrət Cəlil oğlu,
    Masallı rayonu, Babaküçə kəndi.



    “Yeni həyat” qəzeti
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ