• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda gənclərə xalçaçılıq sənəti öyrədilir

    Masallıda gənclərə xalçaçılıq sənəti öyrədilir


    Nənələrimizdən yadigar qalan xalçaçılıq ənənəsi bu gün də davam etdirilir. Peşəkar xalçaçılar ilmələrin sirlərini gənclərə, xanımlara öyrədirlər. Bu sənəti yaşadanlardan biri də Masallı sakini Tünzalə Abuzərovadır. Onun yetirmələri arasında şəhid və qazi ailələri, habelə həssas qrupdan olan xanımlar da var.

    ömrünün 35 ilini xalçaçılığa həsr edən Tünzalə Abuzərova bu peşəyə 18 yaşında yiyələnib. Görkəmli rəssamlar Lətif Kərimov və Kamil Əliyevin tələbəsi olub. Onun işlədiyi emalatxana 1990-cı illərin əvvəllərində bağlanıb. Son illər ölkəmizdə xalçaçılığa diqqətin və dəstəyin artması xalçaçını ruhlandırıb, onu yenidən bu işə sövq edib. Üç ildir ki, “ABAD”ın dəstəyi ilə öz emalatxanasını quran xalçaçı, eyni zamanda, Uşaq-Gənclər İnkişaf Mərkəzində “Bacarıqlı əllər” dərnəyinə rəhbərlik edir, sənətin incəliklərini gənc nəslə öyrədir: “Bu sənətə maraq məndə orta məktəb illərindən yaranıb. Arzuma 1986-cı ildə çatmışam. Xalçaçılıq məktəbinə daxil olub, bu sənətin incəliklərini öyrənmişəm. 1988-ci ildə xalçaçılıq qrupunu bitirərək Masallıya gəldim, bu işlə məşğul olmağa başladım. 2009-cu ilə kimi bir çox yerdə xalçaçı kimi çalışmışam. Artıq 14 ildir Uşaq-Gənclər İnkişaf Mərkəzində xalçaçılıq dərnəyində bu sənəti gənclərə öyrədirəm. Bu illər ərzində yaxşı nəticələrimiz olub. Şagirdlərimiz bir çox müsabiqələrə qatılıb. Qızlarımızdan Zilan İbadova Azərbaycan-Türkiyə bayrağını zövqlə toxuduğuna görə respublikada birinci yerə çıxıb. Ölkə başçısının tapşırığına əsasən o, Şuşada 3 günlük məzuniyyətdə olub. Hazırda həmin xalça Şuşa muzeyində qorunur. Həmişə arzum olub, bir çox bölgələr kimi, cənub bölgəsinin də xalçalarını toxuyaq. Unudulmağa qoymayaq.”

    Gənclərin bu sahəyə marağına gəlincə, xalçaçı sinifdə uşaqların sayının artırılmasını istəyir. “Biz ötən illərdə Qarabağ, Şirvan xalçaları toxuyardıq. Bu gün də belə istedadlı şagirdlərimiz var. Böyük həvəslə Mərkəzə gəlirlər. Hətta burada yerimiz az olduğuna görə Masallı Sənaye Məhəlləsində qrupumuz fəaliyyət göstərir. Şərait yaradılsa, xalçaçılıq sənətində bir çox yeniliklər edə bilərik”, - deyə o əlavə edib.

    Tünzalə Abuzərova xalçaçılıq sənətinin sirlərini şəhid və qazi ailələrinə, həssas qruplardan olan xanımlara da öyrədir. Bu sənəti öyrənən xanımlar qədim el sənətini yaşatmaqla yanaşı, həm də gəlir qazanmaq imkanı əldə edirlər: “Hazırda Masallı Sənaye Məhəlləsində Əlil Sahibkarlar İctimai Birliyinin üzvləri bu sənəti öyrənir. Həmçinin Masallıda bir çox şəhid və qazi ailələrinin üzvləri yanımıza gəlir. Belə ailələrə üstünlük veririk. Həm öyrənirlər, həm də onlara burada təqaüd də ayrılır. Sağ olsun, dövlətimiz, bu sahənin inkişafına dəstək göstərir”.

    Xalçaçı xanım deyir ki, dərnəkdə əsasən miniatür xalçalara üstünlük verilir. Çünki turistlər arasında kiçik ölçülü əl işlərinə tələbat daha çoxdur.





    İsmayıl Cəfərli,



     “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ