• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əlaqələri yüksək dinamika ilə inkişaf edir.

    Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əlaqələri yüksək dinamika ilə inkişaf edir.


    “Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı, ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Qeyd olunmalıdır ki, Azərbaycan artıq uzun müddətdir ki, Avrasiya İqtisadi Birliyinin demək olar ki, bütün üzvləri ilə əməkdaşlığını uğurla davam etdirir. İstisna yalnız Ermənistandır ki, bu vəziyyətdən də itirən yenə də bu ölkənin özüdür. Əlbəttə ki, yaxın zamanlarda bu vəziyyət dəyişə bilər. Öz çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Buna görə də sülh gündəliyi öz aktuallığını hələ də qoruyur. Hərçənd, Ermənistanın baş naziri Moskva görüşünün gedişində də özünü müəyyən qeyri-adekvat replikalar verməkdən saxlaya bilmədi.

    O cümlədən Azərbaycana qarşı dövlətimizin Ermənistan ərazilərinə göz dikdiyi barədə absurd ittihamların irəli sürülməsi, yalnız bu ittihamı səsləndirən şəxsin qeyri-sağlam təxəyyülə sahib olmasından xəbər verir. Möhtərəm dövlət başçımızın öz çıxışında işlətdiyi “dəhliz” sözünə don geyindirməyə cəhd etməklə, Ermənistanın hökumət başçısı bu dəfə də beynəlxalq siyasi terminologiyadan məlumatsız olduğunu nümayiş etdirdi. Həmçinin qarşı tərəfin daha bir əsassız iddiası Azərbaycanın guya ki,  Laçın-Xankəndi yolunu bloklaması ilə bağlıdır. Dövlətimiz isə, sadəcə Ermənistanla sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir və bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları, təcili yardım maşınları Xankəndi şəhərinə və əks istiqamətdə maneəsiz hərəkət edirlər. Lakin bütün bunlara rəğmən, Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı nəzərə alınarsa, sülh sazişinə nail olmaq üçün əlverişli imkanların mövcud olduğunu demək olar.
           
    Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə iqtisadi əlaqələrinin həcmini əks etdirən önəmli açıqlamar eyni zamanda ölkəmizin getdikcə artan imkanlarını nümayiş etdirir: “Möhtərəm dövlət başçımızın öz çıxışında təqdim etdiyi və Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əlaqələrinin xarakterini müəyyən edən konkret rəqəmlər həqiqətən də diqqətəlayiqdir. Aydındır ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi, və ölkəmizin son illər ərzində yaradılmış nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Bu gün Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatdırılacaq.

    Azərbaycanın gəmiqayırma imkanları bu gün həmçinin digər Xəzəryanı ölkələrə də təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə hazırda danışıqlar və fəal iş aparılır. Bu gün Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilan rayonlarında son iki ildə edilib. Hazırda azad olunmuş Laçında doqquzuncu beynəlxalq aeroport tikilir və 2025-ci ildə istismara veriləcək. Bütün bunların nəticəsidir ki, ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan həmçinin strateji əhəmiyyət daşıyan bir çox beynəlxalq logistik layihələrin, o cümlədən “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəal iştirakçısıdır.  Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması isə, ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və eyni zamanda da bu layihə  bütün regionun sürətli inkişafına səbəb olacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub və bu, dövlətimizin uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursunu aparmaq imkanına sahib ola bilmək üçün tələb olunan ən mühüm amillərdən biridir.
           
    Prezident İlham Əliyevin 25 may tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşünün ölkələrimiz arasında səmimi münasibətlərin mövcudluğunu təsdiq edən daha bir önəmli amil olduğunu vurğulayıb: Bu gün Azərbaycan ilə Rusiya arasında ikitərəfli formatda beynəlxalq əməkdaşlıq uğurla inkişaf edir. Bu əməkdaşlıq istər Müstəqil Dövlətlər Birliyinin, istərsə də digər beynəlxalq təşkilatların platformalarında davam etdirilir. Rusiya Prezidenti Vladimir Putinin öz çıxışında Ulu Öndər Heydər Əliyevin yubiley tədbirlərinin həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında fəal şəkildə keçirildiyini deməsi xalqımıza və Ümummilli Liderin xatirəsinə ehtiram və yüksək hörmətin əlamətidir. Qeyd olunduğu kimi, ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsinin əsası da məhz Rusiya Prezidenti Vladimiz Putin və Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Rusiya Prezidentinin 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu gün isə artıq bu münasibətlər müttəfiqlik səviyyəsindədir. Məhz bu səbəbdən də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynayır.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:10 Zəngilanda Azərbaycan Milli Şəhərsalma Forumu keşrilmişdir
    2. 15:53 Tarixi zərurət və xalqın istəyi
    3. 15:03 Oktyabr - Cəbrayıl şəhəri
    4. 13:36 Allah rəhmət eləsin
    5. 10:20 Müəllimlər Günü münasibətilə tədbir - Masallıda
    6. 08:30 Qəlblərdə əbədi yaşayan Azərbaycan xalqının xilaskarı
    7. 17:04 Gələcəyin aydın yolu
    8. 16:46 Azərbaycanın xalqının xilasgarı - Ümumilli Lider Heydər Əliyev
    9. 15:57 4 oktyabr- Cəbrayıl şəhəri günü
    10. 15:56 Masallı rayon Mədəniyyət Mərkəzində “Layiqli əmək fəaliyyətlərini inkişaf etdirək” mövzusunda tədbir keçirilib
    11. 15:51 M.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    12. 15:47 Azərbayacan Prezidentinə yazırlar
    13. 20:36 Masallıda Qadınların VI qurultayı ilə bağlı tədbir
    14. 18:40 Azərbaycan Prezidentinə yazırlar
    15. 18:37 Azərbaycan Prezidentinə yazırlar
    16. 17:03 Zəngilanda Milli Şəhərsalma Formu keşrilib
    17. 16:39 3 oktyabr tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
    18. 15:54 Cəbrayıl- 27 illik həsrətə son
    19. 15:49 4 oktyabr Cəbrayıl şəhəri günü
    20. 22:16 Qənirə Ələsgər qızı Paşayeva
    21. 18:16 “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda seminar
    22. 18:13 Masallıda vətəndaşların 29 sentyabr 2023-cü il tarixli növbəti qəbulu
    23. 18:12 Masallıda Prokurorluq işçilərinin Peşə bayramı qeyd olundu
    24. 14:00 Azərbaycan-Türkiyə dostluğu dünya üçün bir nümunədir
    25. 19:06 Masallıda Ulu Öndərin 100 illiyinə həsr olunan kitab sərgisi təşkil olunub
    26. 19:03 Masallının təhsil müəssisələrində anım tədbirləri keçirilib
    27. 16:06 Qardaş ölkənin rəhbəri Naxçıvanda
    28. 08:42 İkinci Qarabağ müharibəsi ilə düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu
    29. 08:37 Şanlı Qələbəmiz ilə bitmiş 44 günlük Vətən müharibəsi
    30. 21:30 Masallıda 27 sentyabr-Anım Günü qeyd olundu
    31. 17:02 İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir
    32. 16:18 Allah rəhmət eləsin!
    33. 13:01 Hər anı Azərbaycan tarixinə şanlı səhifə kimi yazılan 44 gün
    34. 11:00 Anım Günü şəhid ruhlarına ali ehtiramın bariz göstəricisidir
    35. 23:30 Azərbaycan Prezidentinə yazırlar
    36. 18:06 Masallıda Anım Günü ilə bağlı tədbir keçirilib
    37. 09:30 Vətən Müharibəsi şanlı Qələbəmizdir
    38. 23:30 RİH Başçısı 25.09.2023-cü il tarixdə Həsənli ərazisinin sakinləri ilə görüşdü
    39. 17:36 Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı
    40. 17:29 Haqq həmişə qalib gəlir
    «    Oktyabr 2023    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ