Главная > Maraqlı > Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu

Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu


25-06-2024, 23:56. Разместил: admin44
 
             
 Hər bir müstəqil xalqın əsas vəzifəsi sağlam ordu təməli qurmaqdır.Xalqımızda məhz o xalqlardandır ki,illərlə azadlığı uğrunda mübarizə aparıb və neçe-neçe oğlu canından keçmişdir. Müstəqilliyi qazanmaq asan olmamışdır onu qoruyub saxlamaqda bir o qədər çətindi. Biz xalq olaraq o müstəqilliyi qazanıb onu qoruyub saxlamağı bacarmışıq.Bəşəriyyətin tarixi təkamül prosesi göstərir ki, hər hansı xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək, suverenliyinə qovuşdurmaq və ən vacibi bu müstəqilliyi qoruyub saxlamaq kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olub.Nadir şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu milli dövlətçilik düşüncəsi müstəqil Azərbaycan dövlətinin reallığına çevrilib. Ən vacibi Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına ata-babalarımızın qurub-yaratdığı dövlətin  sarsılmazlığı, demokratik yüksəlişi, Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib.
           
 XX əsrin sonlarında qazanılmış müstəqillik və onun qorunması bir daha sübut edir ki,nə qədər məntiqli siyasət yürüdülüb.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir.
             
Ötən əsrin sonlarından Ulu Öndər Heydər Əliyev Azərbaycanı yenidən qurdu və onun iqtisadi,siyasi inkişafını yüksək səviyyəyə çatdırdı.Bu siyasətin ən başında ordu quruculuğu dayanır.Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi keyfiyyətlərini qiymətləndirməmək olmaz.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və respublikanı addım-addım bu dərin böhrandan çıxarmağa başladı və tarix üçün kifayət qədər qısa bir zamandan sonra Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi.
             
Bu günki gündə müstəqil Azərbaycanın ordusu hər şeyə qadir bir ordudu. 44  günlük İkinci Qarabağ Müharibəsində öz sözünü masada yox döyüş meydanında demiş bir ordudu.Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib,ən son yeni silah növləri orduda mövcuddur.Təlimlərlə şəxsi heyyətin döyüş hazırlığı yüksək səviyyədə təşkil olunur. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.
 


Həbibli Nəzrin,
Masallı rayon,Tüklə kənd,Əli İbadov adına tam orta məktəb UBTR
шаблоны для dle 11.2
Вернуться назад