Üçtərəfli Bəyanatın imzalanması bütünlüklə Azərbaycanın milli maraqlarına cavab verən hadisədir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Üçtərəfli Bəyanatın imzalanması bütünlüklə Azərbaycanın milli maraqlarına cavab verən hadisədir

    Üçtərəfli Bəyanatın imzalanması bütünlüklə Azərbaycanın milli maraqlarına cavab verən hadisədir

     

            
    Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəni siyasi-diplomatik müstəvidə təsdiq edən mühüm tarixi sənəddir. Faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan bu Bəyanatda Azərbaycanın daha sonra əldə etdiyi mühüm nailiyyətlərin əsası təsbit olunub. İlk növbədə bu sənədin imzalanması ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdıqdan sonra, münaqişənin hərbi mərhələsi başa çatdı. Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsi ilə nəticələndi. Ermənistan ordusunu 44 günə darmadağın edən Şanlı Ordumuz, erməni ideoloqlarının öz ordularının “yenilməzliyi” barədə uzun illər boyunca hazırlayaraq dünyaya ixrac etdikləri mifləri də dağıtmış oldu. Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının sarsılmaz birliyini və siyasi həmrəyliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların təmsilçiləri çiyin-çiyinə fədakarlıq göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Məhz bu həmrəylik Azərbaycan xalqının ən böyük və ən dəyərli sərvətidir.

    Daha sonra müsahibimiz 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın bir çox növbəti siyasi-diplomatik və iqtisadi uğurlarının əsasının qoyulduğunu diqqət mərkəzinə çəkib: “Sənədin imzalanması ilə əldə olunmuş son dərəcə mühüm nailiyyətlərdən biri kimi bu Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən azad edilməsini və Azərbaycanda Böyük Qayıdış strategiyasının icrasına başlandığını göstərmək lazımdır. İşğalın davam etdiyi 30 il ərzində erməni vandallarının dağıdıb viran qoyduqları şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Azad edilmiş ərazilərdə birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində olmaqla irimiqyaslı infrastruktur layihələr icra olunur. Həmçinin mühüm məqamlardan biri də budur ki, Üçtərəfli Bəyanatda təsbit olunmuş kommunikasiya layihələrinin reallaşması ilə Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşəcək. Bu tarixi hadisəni reallaşdırmaqla Azərbaycan ümumilikdə Cənubi Qafqaz regionunun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı özünün tarixi missiyasının bir hissəsini həyata keçirəcək. Təbii ki, Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın təkcə iqtisadi deyil, həmçinin bir çox siyasi-diplomatik uğurlarının da əsası qoyulmuş oldu. Bu mühüm nailiyyətlərdən biri müharibədən sonra imzalanan digər sənədlərdə artıq Azərbaycanın ərazi suverenliyinin tanıması faktının təsbit edilməsidir. O cümlədən cənab Prezident İlham Əliyevin 2022-ci il 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Bununla da Azərbaycanın həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə tam qələbəsi bir daha öz təsdiqini tapmış oldu.

    Azərbaycan Ordusunun dünya hərb sənətinə bir sıra mühüm yeniliklər gətirdiyini vurğulayaraq bunları deyib: “Əlbəttə ki, müharibə mübahisələrin həlli üçün qətiyyən bəyənilən bir üsul deyil və Azərbaycan hər zaman güc tətbiqinin əleyhinə çıxış edib. Lakin bu da bir həqiqətdir ki, əgər sülh içərisində yaşamaq istəyirsənsə, gərək savaşa hər zaman hazır olasan. Azərbaycan da bu hazırlığının ən yüksək səviyyədə olduğunu istər Vətən müharibəsinin gedişində, istərsə də keçən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatı zamanı bütün dünyaya nümayiş etdirdi. Qürurverici haldır ki, Vətən müharibəsində yeni nəsil müharibə üsulunu təqdim etmiş Silahlı Qüvvələrimizin təcrübəsi hazırda bir çox dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. Ölkəmizin əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar, bu əməliyyatların hazırlanması və icra edilməsi taktikası bu gün bütün dünyada öyrənilir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

     

     

     Akif Həmidov,  
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

           

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    2. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    3. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    4. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    5. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    6. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    7. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    8. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    9. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    10. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    11. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    13. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    14. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    15. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    16. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    17. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    18. 09:01 Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. 
    19. 14:19 Həsənli və Təklə kəndləri ərazisindən keçən suötürücü kanal təmizlənmişdir
    20. 09:42 Masallıda 2025-cü ilin yanvar ayına olan səyyar-görüş qəbulları barədə
    21. 17:35 Rayon rəhbəri Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədağa Bağırovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    22. 17:25 Masallıda vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri tərəfindən qəbul edildi
    23. 14:04 Masallıda rayon rəhbərinin 25 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 21:09 Bala Təklə də içməli su ilə təmin edildi 
    25. 18:24 Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”
    26. 17:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
    27. 17:04 Rayon rəhbərinin Alşanlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidinin ailəsinə diqqəti
    28. 17:01 Rayon rəhbəri Birinci Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 24.12.2025
    29. 16:57 Masallının Birinci Səmədxanlı ərazisinin Alışanlı kəndində 24 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    30. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    31. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    32. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    33. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    34. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    35. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    36. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    37. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    38. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    39. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    40. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ