Dünya yaddaş çempionu ilə görüş - MASALLIDA » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dünya yaddaş çempionu ilə görüş - MASALLIDA

    Dünya yaddaş çempionu ilə görüş - MASALLIDA


    Dünya yaddaş çempionu Orxan İbadov Masallıda olub.
    Dekabrın 19-da rayondakı Heydər Əliyev Parkında təşkil edilən “Gənclərin və idmançıların həmrəyliyi festivalı”nda iştirak edən həmyerlimiz daha sonra Masallı Dövlət Regional Kollecinin tələbələri ilə görüş keçirib.

    Masallı Gənclər Evində təşkil edilən tədbirdə tələbələrlə yanaşı ziyalılar, təşkilat rəhbərləri də iştirak ediblər.
    Jurnalist-publisist Akif Ağayev dünya yaddaş rekordçusu haqqında məlumat verib. O, bildirib ki, əslən Masallı rayonundan olan Orxan Yaşar oğlu İbadov 15 yaşında 642 balla BDU-nun hüquq fakültəsinə daxil olub. Bakalavr, magistr dərəcəsi alıb. Hüquqşünas kimi çox az çalışıb. 2007-ci ildən internet, marketinq və axtarış sistemləri üzrə təkmilləşdirmə proqramlarını öyrənib. 

    2017-ci ildən müstəqil qaydada Azərbaycanı mötəbər beynəlxalq yarışlarda təmsil edib. İlk çempionluq tituluna 7 il öncə İstanbulda keçirilən “MEMORİAD” yarışlarında sahib olub. Filippində, Danimarkada, Avstriyada, Almaniyada, Misirdə, Fransada və bir çox ölkələrdə keçirilən yarışlarda yüksək nəticələr əldə edib. MDB məkanı üzrə yarışlarda birinci yeri tutub, Avropa çempionatının bürünc medalını qazanıb. Azərbaycanda, İspaniyada, Tailandda, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə sürətli öyrənmə strategiyaları, müasir təhsil metodları, sürətli oxuma, yaddaş və beynin inkişafı ilə bağlı digər sahələrdə fərdi və korporativ təlimlər keçir. Hazırda ilin bir hissəsini Bakıda, çoxunu Barselonada yaşayır. İngilis, ispan, rus dillərində sərbəst danışır. Elektron ticarət sahəsində İspaniyanın aparıcı mütəxəssislərindən biridir. 

    Keçən ilin yayında Fransa kubokunu ölkəmizə gətirən Orxan noyabr ayında Hindistanın Mumbay şəhərində keçirilən Dünya Yaddaş Çempionatında dünya rekordunu qıraraq çempion olub. Dünyanın ən güclü 780 zəka sahibinin qatıldığı yarışlarda Azərbaycanı uğurla təmsil edən 38 yaşlı həmyerlimiz bir saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayaraq yeni dünya rekorduna imza ataraq tarixə düşüb. O, həmçinin 15 dəqiqə ərzində 146 üz, ad və soyadı düzgün yadda saxlayaraq bütün rəqiblərini qabaqlaya bilib. 10 kateqoriya üzrə keçirilən müsabiqədə iki qızıl, 4 kateqoriyada gümüş, 2 kateqoriyada bürünc medal qazanaraq Dünya çempionatının çox medal qazanan yarışmaçısı olub.

     Bu, Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq intellektual oyunlarda göstərilən ən yüksək nəticədir...
    Görüşdə gənclərə yarışlarda və həyatda qazandığı uğurların sirlərindən, gələcək hədəflərindən danışan Orxan İbadov iştirakçıların ikinci beyin, öyrənmə, yadda saxlama bacarığı və yaddaş texnikası və digər mövzulu suallarını cavablandırıb, tələbələrə bu yönümdə tövsiyələrini çatdırıb.
    Maraqlı diskusiya şəklində davam edən görüş iştirakçılarda xoş təəssürat yaradıb. 


    Akif VAQİFOĞLU.











    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ