Главная > Maraqlı > Allah rəhmət eləsin

Allah rəhmət eləsin


Dünən, 09:06. Разместил: admin44
Həbib  Dəyyan oğlu LeysanovMasallı rayon ictimaiyyətinə ağır itki üz vermişdir.
Uzun illər Masallı rayonunun ictimai-təsərrüfat həyatında fəallıq göstərən, müxtəlif vəzifələrdə çalışan dəyərli insan Həbib   Leysanov ömrünün 71-ci ilində dünyasını dəyişmişdir.

1954-cü ildə Binə Xocavar kəndində doğulmuşdur.
Orta təhsilini kənddə aldıqdan sonar 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.
 1980-1982-ci illərdə müxtəlif təşkilatlarda mühəndis, Baş mühəndis işləmişdir.

1982-1990-cı illərdə Masallı Rayon Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı kimi çalışmışdır.
 1990-1992-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur.      
                                                            1992-1993-cü illərdə Masallı Rayon İcra Hakimiyyətində aparıcı mütəxəssis, 1995-ci ildən “Nihad” şirkətinin direktoru kimi çalışm ışdır.

İctimai fəaliyyətinə görə 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri  fərnanı ilə təltif olunmuşdur. Masallı Rayon Ağsaqqallar Şurasının üzvü olmuşdur.
Gözəl insan, nüfuzlu ziyalı Həbib Leysanovun xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.





шаблоны для dle 11.2
Вернуться назад