Главная > Maraqlı > Rayonun Xırmandalı ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası

Rayonun Xırmandalı ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası


Dünən, 23:30. Разместил: admin44

Masallı rayonu ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyaları mütəmadi olaraq davam etdirilir.
Belə ki, rayonun Xırmandalı ərazisində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nahid Həsənov, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Xırmandalı bələdiyyəsi, şəhid ailələri, ziyalılar, din xadimləri və kənd sakinləri iştirak etmişlər.

Aksiya çərçivəsində mərkəzi yolun kənarlarında 50 ədəddən çox meşə ağacı əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmişdir.

Ağacəkmə aksiyasında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nahid Həsənov digər ərazilər kimi Xırmandalı ərazisində də “Konstitusiya və suverenlik ili” çərçivəsində aksiyanın keçirilməsinin ekoloji tarazlığın qorunmasına mühim təsir edəcəyini bildirərək bu cür kompaniyaların rayon ərazisində ənənə halını aldığını vurğulamışdır.

Aksiya iştirakçıları təkcə “Konstitusiya və suverenlik ili” çərçivəsində deyil daim yaşıllıqların salınması və ağaclara qulluq göstərilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək bu ənənənin bundan sonrada davam etdirəcəklərini qeyd etmişlər.












шаблоны для dle 11.2
Вернуться назад