Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


Dünən, 16:47. Разместил: admin44

Hörmətli cənab Prezident,

Qarabağda, Şərqi Zəngəzurda və işğaldan azad edilmiş digər torpaqlarımızda aparılan abadlıq-qurucluq işlərini diqqətlə izləyir və dəstəkləyirik. Belə bir vaxtda bizim kəndi də yaddan çıxarmadığınız üçün Sizə təşəkkür edirik.

“Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2025-ci il 11 sentyabr tarixli Sərəncamınız minlərlə insana böyük sevinc bəxş etmişdir. Yol-nəqliyyat məsələsinin müasir dövrdə hər bir insan üçün, hər bir yaşayış məntəqəsi üçün çox böyük önəm daşıdığı heç kimə sirr deyildir. Bu yolun əsaslı təmiri güzəranımıza sözsüz ki, müsbət təsir göstərəcəkdir.

Cənab Prezident, yolunuz hər zaman işıqlı olsun.




Hörmətlə,

Sahib Əliyev və Cəlil İsrafilov

Azərbaycan Respublikası, Masallı rayonu, Allahyarlı kəndi.


шаблоны для dle 11.2
Вернуться назад