Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


Bu gün, 17:23. Разместил: admin44

Hörmətli cənab Prezident,

Azərbaycan bu gün mühüm nəqliyyat dəhlizlərinin keçdiyi, beynəlxalq nəqliyyat xətlərinin qovuşduğu bir məkana çevrilmişdir. Ölkəmizin nəqliyyat əhəmiyyətinin artdığı, tranzit və logistika imkanlarının genişləndiyi bir dönəmdə kəndlərarası yolların da diqqətdə saxlanılması, yeni yolların çəkilməsi və mövcud yolların əsaslı təmir olunması xalqımızı sevindirir, həyatımıza firavanlıq, doğma el-obalarımıza rifah və tərəqqi gətirir.

Bizim Masallı rayonunun da bir çox yolları Sizin sərəncamlarınız əsasında təmir olunmuşdur və bu işlər bu gün də uğurla davam etdirilməkdədir. “Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2025-ci il 11 sentyabr tarixli Sərəncamınız buna bariz nümunədir. Bu yolun əsaslı təmiri güzəranımızın daha da yaxşılaşmasına rəvac verəcəkdir.

Cənab Prezident, Ulu Tanrı hər zaman köməyiniz olsun.




Hörmətlə,

Nurməmməd Həşimov,

Sərhəd Eynullayev

Azərbaycan Respublikası, Masallı rayonu, Çayqıraq.


шаблоны для dle 11.2
Вернуться назад