Masallı Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi

    Masallı Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi

          
    Oktyabrın 4-də Masallı Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi. Tədbir Ağsaqqallar klubunda “Şuranın Əsasnaməsindən irəli gələn tələblərin yerinə yetirilməsi və qarşıda duran vəzifələr” mövzusunda təşkil olunmuşdu.
          
    Şura sədri Ələşrəf Niftiyev geniş məruzə ilə çıxış edərək, ölkədə ağsaqqallar hərəkatının inkişafı, “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon şurasının həyata keçirdiyi işlər və yerli ərazilərdə ağsaqqalların apardığı maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verdi.
        
     Azərbaycanın Fəxri Ağsaqqalı Ə.Niftiyev çıxışında həmçinin müasir dünyanın geosiyasi və qloballaşma prosesləri fonunda respublikamızın beynəlxalq nüfuzu, Prezident cənab İlham Əliyevin liderliyi ilə əldə olunan nailiyyətlərdən danışdı. O, rayonda son illər ərzində aparılan abadlıq-quruculuq işlərini, əhalinin məşğulluğunun təmin olunmasını, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında ağsaqqalların mühüm rolunu xüsusi qeyd etdi.
          
    Ailə institutunun möhkəmləndirilməsi, cəmiyyətə zidd halların qarşısının alınmasında yaşlı nəslin və ağsaqqalların təsir imkanlarından, eləcə də Cənubi Qafqazda sülh və iqtisadi inkişafa dəstək verilməsinin əhəmiyyətindən bəhs edən sədr, bütün bu məsələlərin birlikdə və koordinasiyalı şəkildə həyata keçirilməsinin dövrün aktual çağırışları sırasında olduğunu vurğuladı.
          
    Müzakirələr zamanı Şuranın Güllütəpə ərazi üzrə nümayəndəsi Məmmədəli Əlinağıyev, AYB-nin üzvü Meysaba Aslanova, Əməkdar jurnalist Zakir Abbas, eləcə də Xırmandalı kəndindən Asif Cəfərov, Təzə Alvadıdan Yavər Yusubov və başqaları əsləndirilən fikirlərlə razılaşaraq, yerlərdə ağsaqqalların fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində görüləcək işlərə dəstək verdiklərini bildirdilər.
          
    Çıxışlarda rayon təşkilatının qabaqcıl təcrübəsi yüksək qiymətləndirildi, gələcək fəaliyyətin də günün tələblərinə uyğun şəkildə davam etdiriləcəyinə əminlik ifadə olundu.






    Akif AĞAYEV
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    2. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    3. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    4. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    5. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    6. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    7. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    8. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    9. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    10. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    11. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    12. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    13. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    14. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    15. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    17. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    18. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    19. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    20. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    21. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    23. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    24. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    25. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    26. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    27. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    29. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    30. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    31. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    32. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    33. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    35. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    36. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    37. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    38. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    39. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    40. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ