Главная > Maraqlı > Sığdaş ərazisində kənddaxili küçəyə asfalt örtüyü döşənib 07.10.2025

Sığdaş ərazisində kənddaxili küçəyə asfalt örtüyü döşənib 07.10.2025


7-10-2025, 16:03. Разместил: admin44

Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmışdır.

Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə 47 saylı Yol İstismarı MMC tərəfindən Sığdaş kəndində 300 metr məsafədə kənddaxili küçəyə asfalt örtüyü döşənmişdir.

Qeyd edirik ki, Masallı rayonunda kənddaxili küçələrin təmir edilməsi mütəmadi olaraq həyata keçirilir.





шаблоны для dle 11.2
Вернуться назад