Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar
Azərbaycan Prezidentinə yazırlar8-10-2025, 16:19. Разместил: admin44 |
![]() Çox hörmətli cənab Ali Baş Komandanı! İstər 44 günlük tarixi Vətən müharibəsini Qələbə ilə sona çatdırmağınız, istər doğma Azərbaycanımızı xarici dövlətlərə sülhsevər xalq kimi tanıtmağınız, istərsə də ölkəmizdə aparılan quruculuq işləri qəlbimizdə Sizə dərin məmnunluq hissi oyatmışdır. Eyni zamanda, vətəndaşlara qayğı ilə yanaşdığınız üçün Sizə dönə-dönə minnətdarlıq edirik. Cənab Prezident, respublikamızın dörd bir yanı kimi Masallıda da yollar, küçələr təmir edilmişdir. Bizim küçəmiz də onların sırasındadır. Şəhər və kəndlərimiz səliqəli, gözəl və yaraşıqlıdır. Biz özümüzün və ailələrimizin, habelə bir çox vətəndaşların adından Sizə bir daha minnətdarlıq edirik. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Hörmətlə, Meysaba Aslanova və Günel Məmmədova Azərbaycan Respublikası, Masallı rayonu, Abasbəyli kəndi. Вернуться назад |