YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                           » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          

    YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          

                                                                                                  Hər bir xalqın tarixi onun nəsillərinin həyat səhifələrində yaşanır və bu həyatların bir-birilə qovuşduğu məqamlar insanlıq üçün dəyərli miras yaradır. Nəsillərin görüşü – bu, sadəcə ailəvi bir söhbət deyil, bu, zamanların, düşüncələrin, hisslərin və həyat təcrübələrinin toqquşub-birləşdiyi müqəddəs bir andır. Burada keçmişlə gələcək üz-üzə dayanır və bu qarşılaşma hər iki tərəf üçün səmərəli olur.

    Uşaqlıq illərində babalarımız və nənələrimizlə keçirdiyimiz anlar bizimçün əsl “nəsillərin görüşü” nümunəsi idi. Onlar bizə yalnız nağıl, bayatı və əhvalatlar danışmırdılar, həm də həyatı anlamağın yollarını öyrədirdilər. Yaşlıların sözlərində ulu nəslin izi, üz cizgilərində isə zamanın sükutu vardı. 
    Nəsillər arasında fərqli baxışlar və dünyagörüşlər labüddür. Gənclər şübhəsiz, yeniliyə can atır, yaşlılar isə dəyərləri qorumağa çalışır. Bu zaman fikir ayrılıqları qaçılmazdır. Amma əsl hikmət ondan ibarətdir ki, bu fərqlər uçuruma deyil, körpüyə çevrilsin. Gənc insan yaşlıların təcrübəsindən faydalansa, yaşlı nəsil də gənclərin enerjisini və baxışını anlamağa çalışsa, cəmiyyət daha sağlam inkişaf edər.
    Müasir dövrdə texnologiya, həyat tərzi, maraqlar və münasibətlər çox dəyişib. Nənələrimizin toxuduğu corabları bu gün maşınlar istehsal edir, əkin sahələrini müasir texnika və robotlar əvəz edir. Amma unutmamalıyıq ki, o corabların, əlcəklərin içində sevgi vardı, qəlb hərarəti və alın tərinin dəyəri vardı. Bunları anlamaq üçün nəsillərin bir araya gəlməsi, bir-birini dinləməsi və sevməsi vacibdir. Üstəgəl səmimi münasibət, isti yanaşma və güzəştə getmək...
    Belə görüşlər və dialoqlar bizə tariximizi, mədəniyyətimizi və kimliyimizi xatırladır. Əgər biz bu görüşləri və təmasları itirsək, keçmişlə olan bağımız da qərılar. Gələcək isə keçmişin üzərində qurulmalıdır. Bu baxımdan hər bir ailədə nəsillər arasında dialoq, hörmət və sevgi mühiti davamlı hökm sürməlidir.
    Nəsillərin görüşü sadəcə bir masa arxasında oturub çay içmək deyil. Bu, zamanın öyrətdiklərini paylaşmaq, gələcəyi doğru qurmaq üçün birlikdə düşünməkdir. Hər birimiz bu görüşlərə dəyər verməli və onları qoruyub yaşatmalıyıq. 

    Ədəbiyyat insan ruhunun aynası, cəmiyyətin mənəvi yaddaşıdır. Hər dövrün öz həqiqətləri, öz dəyərləri, öz ağrıları və sevincləri olur.Yazıçı-publisist Ələşrəf Niftiyev növbəti publisistik əsərində oxucunu nəsillər arasında əlaqələrin mahiyyəti, mənəvi dəyərlərin ötürülməsi, ənənə ilə müasirliyin dialoqukimi aktual və dərin mövzularla tanış edir. Müəllif cəmiyyətin sabitliyi və mənəvi bütövlüyü üçün nəsillər arasında qurulan körpünün nə qədər vacib olduğunu vurğulayır.

    2025-ci ildə yenidən sevimli oxucuları ilə görüşə gələn müəllif əvvəlki yazılarında olduğu kimi təqdim etdiyi bu kitabda da keçmişlə gələcək arasında tarixi və mənəvi bağların əhəmiyyəti mövzusunda oxucunu düşünməyə sövq edir. O, sadəcə nostalji ilə kifayətlənmir, eyni zamanda keçmişin gənc nəsillərə düzgün formada ötürülməsinin zəruriliyini və yollarını vurğulayır. Ələşrəf Niftiyev göstərir ki, yaşlı nəsil həyat təcrübəsinin daşıyıcısı, gənclər isə yeni düşüncənin və enerjinin daha irəliyə aparıcısıdır. Və bu iki qüvvə bir-birinə möhtacdır.
    Əsərin dili sadə, anlaşıqlı, eyni zamanda təsirli və çağırışla doludur. Müəllif həm publisistik üslubun aydınlığını, həm də bədii dilin dərinliyini birləşdirərək, oxucunun həm düşüncəsinə, həm də hisslərinə toxunmağı bacarır. Yerli həyat faktlarından, ailə və cəmiyyət nümunələrindən bacarıqla istifadə etməklə, ədib mövzunu oxucuya daha da yaxınlaşdırır, onu düşünməyə vadar edir.

    Ələşrəf Niftiyevin bu kitabı da yalnız publisistik düşüncənin məhsulu deyil, həm də ictimai bir çağırışdır. O, oxucunu susmağa deyil, açıq danışmağa, soruşmağa, dinləməyə və anlamağa çağırır. Bu kitab ailə üzvləri arasında, xüsusən də gənclərlə yaşlılar arasında səmimi təmasların, körpülərin qurulması üçün mühüm bir bələdçidir.
            
    Müəllif kitabda yer alan “Ata borcunun işığında”, “Paslı açarın sirri”, “Ata ocağının hikməti”, “Sənə əsa alacağam”, “Mənim anam ölməyəcək” kimi yazıları ilə oxucunu düşündürməyə, mənəvi dünyamızda iz buraxmağa çağırır.

    Bu yazıların hər biri yalnız bir ailə tarixindən, fərdi yaşantıdan bəhs etmir — burada bütöv bir nəsil, xalq, ənənə və yaddaş var. Ata ocağına sədaqət, ana müqəddəsliyi, ailə bağlarının önəmi, zamanla itirilən dəyərlərin qorunması kimi mövzular əsərin əsas xəttini təşkil edir.

    Oxucular Ələşrəf müəllimin yeni nəşrində sadə, anlaşılan dillə yazılmış, lakin dərin mənalı hekayələrlə də qarşılaşacaq, bəzən keçmişə boylanacaq, bəzən də bu günün suallarına cavab axtaracaq. Kitab təkcə oxumaq üçün deyil, həm də düşünmək, hiss etmək və dəyərləndirmək üçündür.

    Azərbayvan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ələşrəf Niftiyevin kitablarının hər biri həyatın içindən gələn, oxucunun qəlbinə toxunan bir çağırışdır — unutmamaq, bağlanmaq, qorumaq və yaşatmaq üçün... Çünki ədib bu əsərində yalnız nəsillərarası əlaqəni deyil, həm də bu əlaqənin cəmiyyətin mənəvi dirəyiolduğunu göstərir. Onun üslubu düşündürür, çağırışları isə oxucunu keçmişə bağlı, amma gələcəyə aydın və sayıq baxışla irəliləməyə səsləyir. 
    Axı, keçmişin səsi gələcəyin yoluna işıq tutur.




    Akif AĞAYEV.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:19 QANLI YANVAR
    2. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    3. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    4. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    5. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    6. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    7. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    8. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    9. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    10. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    11. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    12. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    13. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    14. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    15. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    16. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    17. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    19. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    20. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    21. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    22. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    23. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    24. 09:01 Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. 
    25. 14:19 Həsənli və Təklə kəndləri ərazisindən keçən suötürücü kanal təmizlənmişdir
    26. 09:42 Masallıda 2025-cü ilin yanvar ayına olan səyyar-görüş qəbulları barədə
    27. 17:35 Rayon rəhbəri Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədağa Bağırovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    28. 17:25 Masallıda vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri tərəfindən qəbul edildi
    29. 14:04 Masallıda rayon rəhbərinin 25 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 21:09 Bala Təklə də içməli su ilə təmin edildi 
    31. 18:24 Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”
    32. 17:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
    33. 17:04 Rayon rəhbərinin Alşanlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidinin ailəsinə diqqəti
    34. 17:01 Rayon rəhbəri Birinci Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 24.12.2025
    35. 16:57 Masallının Birinci Səmədxanlı ərazisinin Alışanlı kəndində 24 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    36. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    37. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    38. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    39. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    40. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    «    Yanvar 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ