Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 15:31
- Maraqlı
- 0
- 10

Hörmətli cənab Prezident!
Son vaxtlar rayonumuzun mərkəzi və kəndləri abadlıq-quruculuq meydanına çevrilib. Ölkəmizdə gedən inkişaf günü-gündən gözəlləşən Masallının timsalında daha aydın görünür.
Yaşadığımız kənddə insan əli ilə yaradılan gözəlliklər göz oxşayır. Hər yanda səliqə-səhman, abadlıq işləri aparılır.
Kəndimizdə asfalt örtüyü olmayan yollarda asfaltlanma işləri aparılır, yol kənarlarına yaşıllıq zolaqları salınır.
Sizin apardığınız uğurlu siyasət nəticəsində sahibkarlar da rahat şəraitdə ölkəmizin vətəndaşlarına xidmət edirlər.
Bu işlər kəndimizin sakinlərini ürəkdən sevindirir. Rayonumuzun sakinləri göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdardır.
Çox sağ olun!
Tanrı Sizi qorusun!
Hörmətlə,
Cəbiyev Tural
Azərbaycan Respublikası, Masallı rayonu, Qəriblər kəndi





























