Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
- Bu gün, 16:50
- Maraqlı
- 0
- 8
Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman Rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində davamlı işlər aparılır.
Masallı rayonunda rayon İcra Hakimiyyəti, bələdiyyə, idarə, müəssisə, təşkilat və xeyriyyəçilər tərəfindən aşağıda qeyd olunmuş işlər görülmüşdür.
Həsənli ərazisində Zəfər Günü ilə əlaqədar 65 ədəd şam ağacı əkilmişdir.
Rayon ərazisində Zəfər Günü ilə əlaqədar olaraq bayraqlar asılmış və Zəfər Gününə həsr olunmuş lövhələr qurulmuşdur.
Bədəlan ərazisində şəhid anasının müraciəti əsasında nümayəndəliyin təşəbbüsü ilə həmin həyətində olan 15 metr uzunluğunda daş hasar sökülərək yol genişləndirilmişdir.
Sərçuvar ərazisində Milli Qəhrəman Səfəralı Məmmədovun anası Şadəstə Məmmədovanın maliyyə dəstəyi ilə Sərçuvar kənd məscidinin tavanı təmir edilmişdir. (3570 manat)
Qızılağac kəndində şəhid Sübhan Xəlilovun şəkili yenisi ilə əvəz olunmuşdur.
Kolatan bələdiyyəsi tərəfindən Xanalıyan kəndində şəhidlər Babayev Mail Atakişi oğlu və Bağışov Nizami Mirzağa oğlunun şəkilləri bulağa vurulmuşdur.
Köhnə Alvadı ərazisində şəhid Zöhrab Həsənovun atası üçün fərdi yaşayış evinin dam örtüyü vurulmuşdur.
Çaxırlı kəndində şəhid Bagırov Namiq Nurəddin oglunun adına olan bulağın ətrafında təmizlik işləri görülmüşdür
Masallı şəhərində bələdiyyə tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına 650 manat maddi yardım olunmuşdur.
Ərkivan və Boradigah qəsəbələrində şəhidlər abidəsində təmizlik işləri aparılmışdır.






























