Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə” » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”

    Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”


    Masallıda yazıçı-publisist Ələşrəf Niftiyevin “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə” adlı yeni kitabının təqdimatı keçirilib. 

    Müəllifin 24-cü kitabı olan bu əsərin təqdimatına yaradıcı insanlar, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və çoxsaylı oxucular qatılıblar.
    Rayon Mərkəzləşdirilmiş Kitabxanasında baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Kitabxana Sisteminin direktoru Zamin Məmmədov tanınmış qələm sahibi, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin yeni kitabını yüksək dəyərləndirərək, onun həm ədəbi, həm də milli dəyərlərin təbliği baxımından mühüm rol oynadığını, müəllifin əsərlərinin oxucular tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb.

    Kitabın redaktoru, Azərbaycan Jurnalistləri Birliyinin Masallı rayon təşkilatının sədri, yazıçı-publisist Akif Ağayev müəllifin publisistik üslubun səlisliyini bədii dilin dərinliyi ilə birləşdirərək oxucunun düşüncə və hisslərinə təsir etməyi bacardığını bildirib: “80 yaşlı yazar dünyanın bu keşməkeşli dövründə müharibələrin ayırdığı yolları, dağılan ailələri, körpüsüz qalan taleləri, o cümlədən günahsız uşaqların və köməksiz insanların yaşadığı acıları xatırladır.”

    Tədbirdə Əməkdar jurnalist, tərcüməçi-yazar Zakir Abbas, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ramiz Tağıyev, yazıçı-publisist və araşdırmaçı Xodaşirin Cəbiyev, AYB üzvü, şair Meysaba Aslanova, Vətən müharibəsi iştirakçısı Cavid Nuri, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva və kitabxananın əməkdaşı Günay Xəlilova çıxış edərək kitabın yalnız publisistik düşüncənin məhsulu olmadığını, həm də ictimai bir çağırış kimi dəyərləndirildiyini bildiriblər: “Müəllif kitabda oxucunu susmağa deyil, açıq danışmağa səsləyir. Bu əsər ailə üzvləri, xüsusilə də gənclərlə yaşlılar arasında səmimi ünsiyyət və anlayış körpüləri qurmaq üçün vacib bir bələdçidir.”

    Çıxışlarda qeyd olunub ki, zəngin həyat təcrübəsinin, insanlara sevgi və qayğının məhsulu olan “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə” kitabı yalnız müəllifin deyil, bütöv bir xalqın yaddaşının və düşüncə dünyasının aynasıdır.

    Tədbirin sonunda müəllif iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirib, oxuculara imzalı kitablarını təqdim edib.


    Akif VAQİFOĞLU










    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ