Şəhid Sübhan Həsənovun şəhadətinin 5-ci ildönümü anıldı
- 8-12-2025, 13:11
- Maraqlı
- 0
- 257
07 dekabr 2025-ci il tarixində Masallı şəhərində şəhid Həsənov Sübhan Rauf oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.Şəhid Sübhan Həsənovun şəhadətə yüksəlməsinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən
Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.































