Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 10:46
- Maraqlı
- 0
- 9

Möhtərəm cənab Prezident.
Son vaxtlar rayonumuzda aparılan abadlıq-quruculuq işləri hər bir Masallı sakini kimi məni də qürurlandırır.
Sizin rayonumuza göstərdiyiniz xüsusi diqqətiniz sayəsində Masallıda infrastrukturun yenilənməsində böyük işlər görülmüşdür.
Əminik ki, rayonumuzla bağlı böyük layihələr Sizin liderliyinizlə yaxın gələcəkdə də həyata keçiriləcəkdir.
Cənab Prezident,
Ölkəmizdə və rayonumuzda həyata keçirilən bütün gözəl işlərə görə sakinlərin adından Sizə sonsuz təşəkkür edir, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.
Uca Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Hüseynov Yusif Nuru oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Həsənli kəndi.





























