Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 16:22
- Maraqlı
- 0
- 22

Möhtərəm cənab Prezident!
Son vaxtlar ölkəmizdə, xüsusən də Masallı rayonunda kompleks şəkildə aparılan abadlıq-quruculuq işləri məhz Sizin adınızla bağlıdır.
Sadə bir vətəndaş kimi ölkəmizin hər bir bölgəsində görülən bütün işlərə görə Sizinlə qürur duyuruq.
Abadlıq-quruculuq işlərinin Qarabağın işğaldan azad olunmuş ərazilərində sürətlə getdiyi bir dövrdə digər bölgələr də çiçəklənir, hər bir iş vaxtında görülür.
Biz bilirik ki, Siz Azərbaycanın bütün bölgələrini doğma yurd bilir, hər bir rayonda, qəsəbədə, kənddə olan problemlərin həllinə xüsusi həssaslıq göstərirsiniz.
Bir daha görülən işlərə görə Sizə səmimi-qəlbdən təşəkkür edirik.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Mustafayev Simran, Vətən müharibəsinin qazisi
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi





























