Bələdiyyə sədri » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Bələdiyyə sədri


    Həmin gün düşüncələr onu rahat buraxmırdı. Özünü bələdiyyə üzvlüyünə namizəd verəndən sonra üzünə və kənarda söz deyənlər olmuşdu: "Qadın hara, bələdiyyə işi hara", "Ay qız, sən müəllimliyini elə də,
    bələdiyyədə nə işin var", "İndi camaatın xəndək, torpaq davasını bu qız yoluna qoyacaq?"

     Daha sonra Rasim müəllimin dediyi sözləri xatırladı. Rayon mərkəzində keçirilən tədbirlərin birində Rasim müəllimlə ayaqüstü söhbətləri olmuşdu. Rasim müəllim: "Tünzalə xanım, eşitmişəm bələdiyyə seçkilərində öz namizədliyini vermisən?" deyə soruşdu. Tünzalə xanım gülümsəyərək: "Düz eşitmisiniz" dedi.

     Rasim müəllim: "Qızım, bax, səni qətiyyən ruhdan salmaq fikrim yoxdur. Sadəcə demək istəyirəm ki, bələdiyyə ağır işdir, böyük məsuliyyət tələb edir. Bir daha fikirləş, götür-qoy et."

      Tünzalə xanım düşüncələrindən ayrıldı və qətiyyətlə öz-özünə qərar verdi: "Yox, fikrim qətidir! Namizəd kimi seçkidə iştirak edəcəyəm. Əgər səs qazanaraq qalib olsam, o zaman fəaliyyətimlə sübut edərəm ki, bələdiyyə necə olmalıdır..."

      Tünzalə xanım namizəd kimi seçkidə daha çox səs topladı. Üzvlər onu bələdiyyə sədri seçdilər. O, canla-başla işə başladı. Daxili inamı və bacarığı ona uğurlar gətirdi. Bələdiyyə sədri kimi yorulmaq bilmədən çalışdı, insanların ona  inamını artırdı. Sakinlərlə həm səyyar, həm də fərdi görüşlər daha çox səmərə verdi. Qəsəbə Bələdiyyəsinin yerləşdiyi ünvan sakinlərin problemlərin həll olunacaq bir ümid yeri oldu. Tünzalə xanım dəfələrlə şəhid ailələri ilə görüşüb onların ehtiyacları ilə maraqlandı.

      Əlbəttə ki, bələdiyyə işi təkcə fərdlərin problemlərindən ibarət deyildir. Bələdiyyəni əhatə edən Boradigah qəsəbəsinin, Mollaoba və Babaser kəndlərinin həllini gözləyən bir çox problemləri mövcuddur. Bələdiyyə ərazisində abadlıq-quruculuq işlərinin aparılması Tünzalə xanımın daha çox diqqətində olmuşdur. Bu barədə özü belə danışır:

      - Çalışırıq ki, Bələdiyyəmiz günü-gündən gözəlləşsin. Həm xeyriyyəçilərin, həm də bələdiyyə fondunun hesabına abadlıq işlərini genişləndiririk. Bir çox küçələrə çınqıl və asfalt döşənmişdir. Asfalt çəkilmiş belə küçələrdən biri də şəhid İbrahim Rükabzadənin ailəsinin yaşadığı 200 metrlik küçədir.

      Yanvar ayının sonunda Boradigah Bələdiyyəsinin bir illik hesabat yığıncağı oldu. Tünzalə Qardaşova sakinlər qarşısında məruzə ilə çıxış etdi. Məruzə dolğunluğu və şəffaflığı ilə seçilirdi. Xüsusilə, sadalanan rəqəmlər uğurlardan xəbər verirdi. Məsələn, əgər 2024-cü ildə torpaq vergisi üzrə daxilolmalar 3633 manat, əmlak vergisi üzrə 2537 manat, torpaq icarə haqları üzrə isə 6686 manat olmuşdusa, 2025-ci ildə daxilolmalar müvafiq olaraq 4134 manat, 4500 manat və 9600 manat olmuşdur. Amma məruzəçi qeyd etdi ki, Bələdiyyə bu göstəricilərlə razı deyil. Növbəti illərdə daxilolmaların həcmi daha yüksək səviyyədə formalaşacaqdır.
      Bir sözlə, Boradigah Bələdiyyəsi inkişaf yolundadır. Bu yazını sonda Tünzalə Qardaşovanın  sözləri ilə bitirmək istəyirəm:

      - Əldə edilən hər bir uğur məni ruhlandırır. Sakinlərin sevgisini qazanmaq gözəl hissdir. Sevinirəm ki, onların mənə inamı daim artır.





    Rasim ƏZİMOV,
    təqaüddə olan müəllim,  
    ştatdankənar müxbirimiz.                                                                                     
            шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ