Ərazi nümayəndəsinin tribunası » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ərazi nümayəndəsinin tribunası

    Ərazi nümayəndəsinin tribunası



    Ümumi inkişafda payımız
     
    “Yeni həyat” qəzetinin və eyni adlı saytın əməkdaşı bu günlərdə Masallı RİHB-nin Masallı şəhər İƏD-si üzrə nümayəndəsi Həbib Həbibovla görüşmüş, onunla yollarda aparılan təmir işləri və qarşıda duran mühüm vəzifələr haqqında müsahibə verməsini xahiş etmişdir. O, demişdir:


    -Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi  2025-ci il ərzində ərazidə sosial-iqtisadi infrastrukturun yaxşılaşdırılması, əhalinin yaşayış şəraitinin yüksəldilməsi və şəhərin ümumi görkəminin abadlaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Nümayəndəlik dövlət satınalmaları qanunvericiliyinin tələblərinə uyğun şəhər ərazisində abadlıq işlərinin görülməsi, avtomobil yollarının əsaslı təmiri, eləcə də çoxmənzilli yaşayış binalarının əsaslı təmiri ilə bağlı kotirovka sorğuları təşkil edilmiş və müvafiq satınalma işləri həyata keçirilmişdir. Həmin satınalma işləri şəhər təsərrüfatının ehtiyaclarına uyğun müəyyən edilmiş, işlərin keyfiyyətli və vaxtında icrası yerinə yetirilmişdir. Şəhər ərazisində həyata keçirilmiş abadlıq işləri çərçivəsində ümumi istifadədə olan küçə və məhəllələrin səliqəyə salınması, piyada yollarının və səki hissələrinin bərpası, yaşıllıq sahələrinin salınması və abadlaşdırılması, ətraf mühitin sanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.Bu işlər şəhər sakinlərinin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına və şəhərin estetik görünüşünün yüksəldilməsinə xidmət etmişdir.
    Avtomobil yollarının əsaslı təmiri üzrə aparılmış işlər şəhər daxilində nəqliyyatın hərəkətinin təhlükəsiz və rahat şəkildə təmin olunmasına yönəlmişdir. Təmir işləri zamanı yol örtüyünün tam yenilənməsi, əsaslı bərpa tədbirlərinin görülməsi, yol infrastrukturunun mövcud vəziyyətinin yaxşılaşdırılması təmin edilmişdir. 

    Bu tədbirlər nəticəsində şəhər ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait yaradılmışdır.Belə ki, ümumilikdə uzunluğu 9.98 kilometr olan 26 küçəyə 49538 kvadratmetr asfalt örtüyü döşənmiş və uzunluğu 1.74 kilometr olan 10 küçəyə və ara məhəllələrə 7380 kvadratmetr ölçüdə  qum-çınqıl qarışığısəpilmişdir. Yollarda avtomobillərin fasiləsiz və nizamlı hərəkəti üçün küçələrdə əlavə işıqforlar quraşdırılmış, qəzalı olan işıqforlar yeniləri ilə əvəz edilmiş, yol xətlərinin nişanlanması, ikitərəfli yolun açılması işləri görülmüşdür. Həmçinin şəhərin prospekt və küçələrinə 6 ədəd avtodayanacaqlarquraşdırılmışdır.
         
    Ötən il dövlət büdcəsindən prospekt və küçələrin təmirinə ayrılmış  vəsait hesabına 14 küçədə piyada səkinin qurulması, küçələrin işıqlandırılması, parkların yenidən qurulması, yol boyu hasarların təmiri və digər işləryerinə yetirilmişdir.
       
    Çoxmənzilli yaşayış binalarının əsaslı təmiri istiqamətində görülmüş işlər isə yaşayış fondunun qorunması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.Təmir prosesində binaların ümumi konstruktiv elementlərinin bərpası, ümumi istifadə sahələrinin yaxşılaşdırılması və istismar müddətinin uzadılmasına yönəlmiş tədbirlər həyata keçirilmişdir. Bu işlər nəticəsində çoxmənzilli yaşayış binalarının texniki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

    2025-ci il üçün şəhərin Qarabağ və Heydər Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış binalarının girişində, fasadlarında, su novlarında təmir işləri, həmçinin həyətlərində abad məhəllələr yaradılmışdır.Burada söhbətgah yerləri quraşdırılmış, uşaq əyləncə dəstləri, idman qurğuları quraşdırılmış və ərazinin işıqlnadırılması təmin edilmişdir. 
         
    Yuxarıda sadalanan işlərin davamı olaraq 2026-cı ildə şəhərimizdə küçə və məhəllərarası yolların təmir edilməsindən ötrü 45-ə yaxın küçədə asfalt işlərinin görülməsi, 12 küçədə piyada səkilərinin qurulması, küçə boyu hasarların təmiri, həmçinin işıqlandırılması, şəhərin giriş hissəsində müasir üslubda giriş qapısının inşa edilməsi, əhalinin sıx olduğu park və digər yerlərdə sanitar qovşaqlarının tikilməsi və şəhərdəki 26 çoxmənzilli yaşayaış binalarında təmir və abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur. 
         
    Gələcək dövrdə də şəhər inzibati ərazi dairəsi infrastrukturun daha da inkişaf etdirilməsi, abadlıq və təmir işlərinin davam etdirilməsi, sakinlərin rifahının yüksəldilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
        
    -Müsahibəyə görə sağ olun.

    -Diqqətinizə görə təşəkkür edirəm.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ