BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR

    BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR


    Carı ilin fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi mərasimi olub.

    Azərbaycan və Serbiya arasında diplomatik münasibətlər 1997-ci ildə qurulub və ötən dövr ərzində əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində dinamik inkişaf edib. İki ölkə arasında münasibətlər qarşılıqlı etimad, dostluq və siyasi iradəyə əsaslanır.

    Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edilib. İki dövlət başçıları təkbətək görüşdə məsələlərin geniş spektrinə toxunublar. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələri daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da hər iki ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır.

    Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir.
             
    Serbiya-Azərbaycan əməkdaşlığı həyatın hər bir sahəsində inkişaf edir. 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəsi əvvəlkindən  16 dəfə çoxdur. Həmçinin strateji tərəfdaşlıq sayəsində Serbiya Azərbaycanla yeni əlaqələr, mümkün olan ən yaxın əlaqələr qurmaqdadır. 

    Bütövlükdə energetika sahəsində çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl Azərbaycan Serbiyaya təbii qazın ixracına başlamış və ixracın həcminin artılması nəzərdə tutur. Çox güman ki, Serbiya ixrac olunan qazı  elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Azərbaycan hal-hazırda bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuldur və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırdır.

    Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında Prezident İlham Əliyev qeyd etdi ki, həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformal arda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Serbiya Prezidenti Aleksandar Vuçiç də öz bəyanatında Azərbaycanla əməkdaşlığın bundan sonra da inkişafına əminliyini ifadə etdi. Qeyd etmək lazımdır ki, hər iki ölkənin liderləri arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər dövlətlərarası əlaqələrin inkişafına da müsbət təsir göstərir. Liderlər arasında açıq və konstruktiv dialoq siyasi qərarların daha operativ qəbul olunmasına, strateji layihələrin reallaşmasına əlavə stimul verir”.

    Serbiya-Azərbaycan əməkdaşlığı Energetika, nəqliyyat və logistika, müdafiə sənayesi, kənd təsərrüfatı və sənaye, o cümlədən birgə istehsal müəssisələrinin yaradılması, təhsil və mədəniyyət əməkdaşlıq üçün geniş potensiala malikdir. Bu və digər istiqamətlər üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın Avropa məkanında mövqelərini daha da möhkəmləndirə, ixrac imkanlarını artıra və iqtisadi şaxələndirməyə əlavə töhfə verə bilər. Eyni zamanda, Serbiya ilə münasibətlərin dərinləşməsi Balkan regionu ilə əlaqələrin genişlənməsi baxımından da strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, Azərbaycan–Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir və bu proses hər iki xalqın maraqlarına xidmət edir.

    Azərbaycanı siyasi və enerji cazibəsinin mühüm mərkəzinə çevirir. Dövlət başçısının kursu milli maraqların  müdafiəsi və tərəfdaşlarla bərabərhüquqlu münasibətlərə əsaslanır. Başqa dövlətlərdən fərqli olaraq, rəsmi Bakı özünü bəyannamələrlə məhdudlaşdırmır,  konkret layihələr təklif edir. Məhz buna görə tərəfdaşların sayı artır və əməkdaşlıq coğrafiyası genişlənir. Balkanlar bu strategiyada xüsusi yer tutur. Balkan ölkələri arasında Serbiya xüsusilə fərqlənir. Belqrad və Bakı son illərdə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qura biliblər.
    2026-2030-cu illər üçün mədəni mübadilə, idman sahəsində əməkdaşlıq və tibbi sığorta sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanmışdır. 

    İki ölkə arasında əməkdaşlıq  yalnız qazla məhdudlaşmır, iqtisadi əlaqələr genişlənir.  Artıq əlli yeddi sənəd imzalanıb və bu da sabit müqavilə çərçivəsi yaradır. May ayında Bakı ilə Belqrad arasında birbaşa uçuş həyata keçiriləcək. Bu, tərəfdaşlığın insanlar və müəssisələr arasında gündəlik qarşılıqlı əlaqələrə çevrilməsini simvolizə edir. Serbiya Azərbaycanda keçiriləcək investisiya forumunda iştirakını təsdiqləyib və Bakı Belqradda keçiriləcək EXPO 2027-də iştirak edəcək.





    ƏFRAİL FƏRZİYEV
    YAP VETERANI
    AJB ÜZVÜ
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    2. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    3. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    4. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    5. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    6. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    7. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    8. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    9. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    10. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    11. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    12. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    13. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    14. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    15. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    16. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    17. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    18. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    19. 09:07 Ərazi nümayəndəsinin tribunası
    20. 09:05 Allah rəhmət eləsin
    21. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    22. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    23. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    24. 13:52 Allah rəhmət eləsin
    25. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    27. 10:25 Bələdiyyə sədri
    28. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    29. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    30. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    31. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    32. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    33. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    34. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    35. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    36. 14:35 Yeni şeirlər
    37. 10:59 Perspektivli idmançıların aşkarlanması
    38. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    39. 15:56 100 illik ömrün işığı
    40. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ