GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA... » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...

    GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...


    Xəbər verdiyimiz kimi Masallı rayonunda 1–28 fevral tarixlərində ərazi nümayəndəlikləri, idarə və müəssisələr, bələdiyyələr və xeyriyyəçilər tərəfindən görülmüş işlər barədə məlumatlar aşağıdakı kimidir.
    Masallı şəhər ərazi dairəsi üzrə:
    Masallı şəhər ərazisində bələdiyyə tərəfindən iki şəhid ailəsinə maddi yardım olunmuşdur. Bundan əlavə, aztəminatlı ailələrdən bir nəfərə 200 manat, digər üç nəfərə isə hər birinə 100 manat məbləğində maddi yardım edilmişdir.
    Ərkivan ərazi dairəsi üzrə:
    Ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən şəhid Əfruz Cəfərov adına olan 320 metr küçəyə çınqıl tökülərək hamarlanmışdır.
    Bələdiyyə tərəfindən Qızlaküçə məhəlləsində 50 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Ərkivan ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən qəsəbə ərazisində 280 metr suaparıcı kanal təmizlənmişdir.
    Xeyriyyəçilər tərəfindən 20 aztəminatlı ailənin hər birinə 50 manatlıq ərzaq yardımı, bir ailəyə 200 manat məbləğində maddi yardım göstərilmişdir. Eyni zamanda, aztəminatlı ailə olan Abdullayeva Fatma Kamil qızının 718 manat məbləğində qaz borcu tam ödənilmiş, Əliyev Fizuli Vəkil oğlunun 160 manat məbləğində qaz borcu ödənilmişdir. Abdullayeva Aynurə Dövlət qızı 1 metr odun yanacağı ilə təmin olunmuş, Səfərova Gülazər Niftəli qızına isə qaz borcu ilə əlaqədar 300 manat məbləğində maddi yardım edilmişdir. Həmçinin əlavə olaraq 10 aztəminatlı ailənin hər birinə 100 manatlıq ərzaq yardımı göstərilmişdir.
    Şəhidlər bulağı abidə kompleksində təmizlik işləri aparılmışdır.
    Boradigah ərazi dairəsi üzrə:
    Vəhdət Xeyriyyə Cəmiyyəti tərəfindən 23 ailə başçısını itirmiş şəxsə hər birinə 200 manat və 50 manatlıq ərzaq yardımı, səhhətində problem olan 3 nəfərin hər birinə 200 manat, İmamətdinova Miray Elşən qızına 1000 manat və bir tələbəyə 400 manat maddi yardım edilmişdir (7750 manat).
    5–8-ci sinif şagirdlərinin bilik kursları üçün müəllimlərə 1350 manat, futbola və güləşə maraq göstərən uşaqlar üçün isə əlavə 300 manat vəsait ayrılmışdır.
    Ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü, xeyriyyəçilərin maddi dəstəyi ilə 200 metr kanalizasiya xəttinin çəkilişinə başlanılmışdır. 
    Boradigah qəsəbəsində Masallı Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinə mane olan ağaclar budanmışdır.
    Banbaşı ərazi dairəsi üzrə:
    Banbaşı ərazisinin Binə Xocavar kəndində bələdiyyə tərəfindən 300 metr, xeyriyyəçilər tərəfindən isə 150 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır. Həmçinin kənd məktəbinin həyətinə bələdiyyə tərəfindən 30 metr məsafədə çınqıl tökülərək hamarlanmışdır.
    Banbaşı ərazi nümayəndəliyi tərəfindən qaz təchizatı olmayan aztəminatlı ailə Əzimov Sadiq Əzim oğluna 8 metr odun yanacağı verilmişdir.
    Banbaşı ərazisində şəhid ailəsi Aidə Bayramovanın həyətində olan su nasosu təmir edilərək istifadəyə verilmişdir. Şəhid atası İlham Əliyevin qızının ünvanlı sosial yardım ödənişi ilə bağlı problemi həll edilmişdir.
    Şəhid Qasımov Cavanşir Beytulla oğlunun doğum günü münasibətilə ailəsi və məzarı ziyarət olunmuşdur.
    Binə Xocavar kəndində nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 3000 metr kənddaxili yol hamarlanmışdır.
    Banbaşı kənd sakini Ağayev Əhmədağa Miri oğlunun müalicəsi üçün ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 400 manat maddi yardım göstərilmişdir.
    Bədəlan ərazi dairəsi üzrə:
    Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən 200 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Xeyriyyəçilər tərəfindən 15 aztəminatlı ailənin hər birinə 30 manat olmaqla (450 manat), əlavə olaraq 15 aztəminatlı ailənin hər birinə 42 manat olmaqla (630 manat) və 20 aztəminatlı ailənin hər birinə 36 manat olmaqla (720 manat) ərzaq yardımı edilmişdir.
    Xeyriyyəçilər tərəfindən Çayqıraq kəndində 150 metr suötürücü kanal lildən təmizlənmişdir.
    Nümayəndəliyin təşəbbüsü ilə Şəhid Qulamov Davud Allahman oğlu və Fərzullayev Arif Eynulla oğlunun adını daşıyan Bədəlan–Xanalıyan (900 m) küçəsi cari təmir olunmuşdur.
    Yağıntılar zamanı problem yaranan yerlərdə texnika vasitəsilə qazıntı işləri aparılmışdır.
    2-ci Qarabağ müharibəsi qazisi Mirzəyev Əmrah Bahadir oğlu üçün tikilən evə ərazi nümayəndəsi və xeyriyyəçilərin dəstəyi ilə 2000 manat yardım edilmişdir.
    Birinci Qarabağ müharibəsi şəhidi Tağıyev Nəsib Qərib oğlunun ailəsi və məzarı ziyarət edilmişdir.
    Çaxırlı ərazi dairəsi üzrə:
    Çaxırlı ərazisində bələdiyyə tərəfindən aztəminatlı vətəndaşlara 350 manat maddi yardım edilmişdir.
    46 saylı Yol İstismarı MMC (Cəlilabad) tərəfindən şəhid Agamalı Ağayevin adına olan küçə, abidəsinin ətrafı və Çaxırlı məscidinin giriş hissəsi asfaltlanmışdır.
    Göyəçöl ərazi dairəsi üzrə
    Ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən 40 metr su aparıcı kanal təmizlənmişdir.
    Güllütəpə ərazi dairəsi üzrə:
    Yağan qar nəticəsində zərər görmüş körpü Masallı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən bərpa olunmuşdur.
    “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar 15 ağac əkilmişdir.
    Nümayəndəliyin həyətinə bələdiyyə tərəfindən çınqıl tökülərək hamarlanmışdır.
    Yeni Zuvand kəndində kənd sakinləri tərəfindən məscidin həyətində mərasim evinin tikintisi üçün bünövrə vurulmuşdur.
    Şəhid Nüsrətbəyli Ülvi Arif oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.
    Şəhid Əlinağıyev Taleh Ağamalı oğlunun anım günü münasibətilə məzarı ziyarət olunmuşdur. 
    Şəhid bayraqları yenilənmiş, məzarları ziyarət edilmişdir.
    Həsənli ərazi dairəsi üzrə
    Həsənli ərazi nümayəndəliyi və Xırmandalı bələdiyyəsinin təşəbbüsü ilə Həsənli kəndində 3000 metr kənddaxili yol qreyder vasitəsilə hamarlanmışdır. Xeyriyyəçilər tərəfindən isə 60 metr qəbiristanlıq yoluna, həmçinin 230 metr kənddaxili yola çınqıl tökülərək hamarlanma işləri aparılmışdır.
    Hişkədərə ərazi dairəsi üzrə:
    Hişkədərə ərazisində xeyriyyəçilər tərəfindən 6 həyətdə yolun genişləndirilməsi üçün hasarlar geri çəkilmiş, köhnə suötürücü borular 9 yeni boru ilə əvəz olunmuş və müxtəlif yerlərdə ümumilikdə 1200 metr kanal qazılmışdır.
    Nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 3 aztəminatlı ailənin 180 manat ərzaq borcu ödənilmiş, 5 ailəyə ümumilikdə 345 manatlıq ərzaq yardımı edilmişdir.
    Hişkədərə Birlik" Xeyriyyə Cəmiyyəti Vətən müharibəsi şəhidi İbrahim Lələyevin atası Həzrətqulu Lələyevə 600 manat maddi yardım göstərmişdir.
    Eyni zamanda, xeyriyyə cəmiyyəti Hişkədərə–Türkoba və Hişkədərə–Mahmudavar sərhədlərində ümumilikdə 1170 metr suötürücü kanalları lildən təmizləmə işlərini həyata keçirmişdir
    I Qarabağ müharibəsi şəhidi Hüseynov Şahin Əlişan oğlunun ailəsi anım günü münasibətilə ziyarət olunmuşdur.
    Xıl ərazi dairəsi üzrə:
    Xıl ərazi nümayəndəliyi və bələdiyyənin təşkilatçılığı ilə kəndin mərkəz hissələrində yağıntılar zamanı yığılan suyun çıxışının təmin olunmasından ötrü 30 metrlik kanal təmizlənmişdir.
    Xıl ərazisində 47 saylı Masallı Yol İstismar MMC tərəfindən 6 km kənddaxili yol qreyder vasitəsilə hamarlanmışdır.
    Xıl ərazisində 47 saylı Masallı Yol İstismar MMC tərəfindən Ələt–Astara magistral avtomobil yolunda ağaclarda budama işləri aparılmışdır.
    Xıl ərazisində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 250 metr kanal lildən təmizlənmişdir.
    Xıl ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən tənha yaşayan Xəlilova Gülnarə Mirzəmməd qızının 300 manat elektrik borcu ödənilmiş, həmçinin 100 manat dəyərində ərzaq yardımı göstərilmişdir.
    Xırmandalı ərazi dairəsi üzrə:
    Xırmandalı ərazi nümayəndəliyi tərəfindən Ərəb kəndində birinci Qarabağ müharibəsi şəhidi Fariz Tağıyevin ailəsi ziyarət olunmuşdur
    Xırmandalı ərazi nümayəndəliyinin təşəbbüsü ilə bələdiyyə tərəfindən Ərəb kəndində 50 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmişdır
    Xırmandalı ərazi nümayəndəliyi və xeyriyyəçilər tərəfindən aztəminatlı İbayev Əlməddin Ağadədə oğluna müalicə olunması üçün maddi yardım olunmuşdur (1000 manat
    Xırmandalı ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 10 ailənin hər birinə dəyəri 100 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində ərzaq yardımı edilmişdir
    Xırmandalı ərazi nümayəndəliyi və Xirmandalı bələdiyyəsi tərəfindən ərazidə sakinlər tərəfindən atılmış məişət tullantıları texnika vasitəsilə təmizlənmişdir
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən Ərəb kəndində 60 metr su aparıcı kanal lildən təmizlənmişdir
    Xırmandalı ərazi nümayəndəliyi tərəfindən Hacitəpə kəndində Birinci Qarabağ müharibəsi şəhidi Zeynal Zeynalovun doğum günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur
    Böyük Kolatan ərazi dairəsi üzrə:
    Böyük Kolatan ərazisində Bələdiyyə tərəfindən Ağayev Nazir Kazım oğluna məxsus yanmış evin təmiri üçün 500 manat maddi yardım olunmuşdur.
    Böyük Kolatan ərazisində 50 metr suötürücü kanal lildən təmizlənmişdir.
    Böyük Kolatan ərazisində elektrik xətlərinə mane olan ağaclarda budama işləri aparılmışdır.
    Köhnə Alvadı ərazi dairəsi üzrə:
    Köhnə Alvadı ərazisində ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən texnika vasitəsilə zərər görmüş su kanalları yenidən bərpa olunub, su aparıcı borular daha böyük ölçülü borularla əvəz edilmişdir.
    Köhnə Alvadı ərazisində 90 metr köhnə içməli su boruları yenisi ilə əvəz olunmuşdur
    Köhnə Alvadı ərazisində Birinci Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun məzarı ziyarət olunmuşdur.
    Qarğalıq ərazi dairəsi üzrə:
    Qarğalıq ərazisində xeyriyəçilər tərəfindən 70 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Qarğalıq ərazisində bələdiyyə tərəfindən 250 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Qarğalıq ərazisində I Qarabağ müharibəsi şəhidi Sadıqov Həbib Tapdıq oğlunun bacısı Sadıqova Raisə Tapdıq qızı nümayəndəlik və xeyriçilər tərəfindən odun yanacağı ilə təmin olunmuşdur.
    Qarğalıq ərazisinin Xallıcallı kəndində Masallı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən 100 metr məsafədə suötürücü kanal lildən təmizlənmişdir.
    Qəriblər ərazi dairəsi üzrə:
    Qəriblər ərazisində bələdiyyə tərəfindən 200 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Qəriblər ərazisində bələdiyyə tərəfindən Qəriblər kənd tam orta məktəbin bir sinifinə jalüz pərdə quraşdırılmışdır.
    Qəriblər ərazisində xeyriyyəçilər tərəfindən məscid ərazisində oduncaq yeri, kişi və qadınlar üçün sanitar qovşağı, su-kanalizasiya sisteminin çəkilməsi məqsədilə 3200 manat maddi yardım göstərilmişdir.
    Qızılağac ərazi dairəsi üzrə:
    “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar kəndin giriş hissəsinə 30 ədəd xan çinarı və gül kolları əkilmişdir.
    Qızılağac ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən 200 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır
    Qızılağac ərazisində Birinci Qarabağ Müharibəsi şəhidi Cabbarov Əhliman Muğdad oğlunun anım günü ilə əlaqədarı ailə üzvləri və məzarı ziyarət olunmuşdur
    Qızılavar ərazi dairəsi üzrə:
    Qızılavar ərazisində xeyriyyəçilər tərəfindən 12 aztəminatlı ailəyə 720 manat məbləğində ərzaq yardımı olunmuşdur.
    Qızılavar ərazisində xeyriyyəçilər tərəfindən 50 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Qızılavar ərazisində şəhid məzarları ziyarət olunmuş və bayraqlar yeniləri ilə əvəz edilmişdir.
    Qodman ərazi dairəsi üzrə:
    Qodman ərazisində bələdiyyə tərəfindən 720 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Masallı Elektrik Şəbəkəsi tərəfindən ağaclarda budama işləri aparılmışdır.
    Lürən ərazi dairəsi üzrə:
    Lürən ərazisində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 150 metr kanal lildən təmizlənmişdir.
    Lürən ərazisində yeni asfalt döşənmiş şəhid Faiq Şükürov adına küçənin kənarına bəldiyyə tərfindən 700 metr çınqıl tökülərək hamarlanmışdır.
    Lürən ərazisində bələdiyyə tərəfindən 40 metr məsafədə su aparıcı kanal təmizlənmişdir.
    Mahmudavar ərazi dairəsi üzrə:
    Mahmudavar ərazisində bələdiyyə və xeyriyyəçilər tərəfindən ümumilikdə 470 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Mahmudavar ərazisində bələdiyyə tərəfindən şəhid ailəsinə 100 manat maddi yardım edilmişdir.
    Mahmudavar ərazisində bələdiyyə tərəfindən üç aztəminatlı ailəyə ümumilikdə 300 manat maddi yardım edilmişdir.
    Mahmudavar ərazisində tövləsi yanmış aztəminatlı Əbülfət Həsənova Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən maddi yardım edilmişdir. 
    Mahmudavar ərazisində tənha yaşayan vətəndaş evində ziyarət olunmuşdur.
    Miyankü ərazi dairəsi üzrə:
    Miyankü ərazisində xeyriyyəçilər tərəfindən 300 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Miyankü ərazisində şəhid Nadir Aslanovun anım günü ilə əlaqədar tədbir keçirilmiş və məzarı ziyarət edilmişdir.
    Musakücə ərazi dairəsi üzrə:
    Musakücə ərazi nümayəndəsinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən aztəminatlı Qəmbərova Bəsirə Saru qızı 1 otaqlı mobil tipli ev və dəmir darvaza ilə təmin olunmuşdur.
    Musakücə ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyə cəmiyyəti tərəfindən aztəminatlı ailənin övladı Rzayeva Zeynəb Elnur qızının müalicəsi üçün 500 manat maddi yardım edilmişdir. 
    Musakücə ərazisində Musaküçə Xeyriyyə Cəmiyyəti tərəfindən 15 aztəminatlı ailənin hər birinə 65 manat dəyərində ərzaq yardımı edilmişdir.
    Musakücə ərazisində xeyriyyəçilər tərəfindən 150 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Musakücə ərazisində əkin sahələrində subasma təhlükəsinin aradan qaldırılması məqsədilə su kanalı genişləndirilmiş və boru basdırılmışdır.
    Musakücə ərazisində səhhətində problem olan vətəndaşlar ziyarət edilmiş və ərzaq yardımı olunmuşdur.
    Musakücə ərazi nümayəndəliyi tərəfindən şəhid məzarlarında olan bayraqlar yenilənmiş, bayraq dirəkləri rənglənmiş və tam orta məktəbin ərazisində əkilən ağacların yerləri bərkidilmişdir.
    Öncəqala ərazi dairəsi üzrə:
    Öncəqala ərazisində xeyriyyəçilər tərəfindən 80 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Öncəqala ərazisində şəhidlər bağında ağacların budanması aparılmışdır.
    Öncəqala ərazi nümayəndəliyinin dəstəyi ilə xeyriyyəçilər tərəfindən 100 metr elektrik xətti və 2 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur.
    Öncəqala kənd xeyriyyə fondu tərəfindən 2008-ci il təvəllüdlü İmanov Kənan Rüstəm oğluna müalicəsi ilə bağlı maddi yardım olunmuşdur (2000 manat).
    Öncəqala ərazisində tənha yaşayan Cahangirova Markizə Qulam qızı yaşadığı evində ziyarət olunaraq daxili imkanları hesabına maddi yardım edilmişdir.
    Öncəqala ərazisində xeyriyyəçilər tərəfindən 200 metr məsafədə işıq dirəkləri basdırılıb.
    Öncəqala ərazisində I Qarabağ müharibəsi şəhidi Tapdıqov Niyaməddin Rəcəb oğlunun məzarı anım günü münasibətilə ziyarət olunmuşdur.
    Sərçuvar ərazi dairəsi üzrə:
    Sərçuvar ərazisində xeyriyyəçilər tərəfindən mərkəzi yol cari təmir olunmuş və 150 metr kənddaxili yol qreyder ilə hamarlanmışdır.
    Sərçuvar ərazisində mərkəzi yolda yanmayan 2 işıq lampası yenisi ilə əvəz olunmuşdur.
    Sərçuvar ərazi nümayəndəliyi tərəfindən Milli Qəhrəman Səfəralı Məmmədovun anası Şadəstə Məmmədova evində ziyarət edilmiş və qayğıları ilə maraqlanılmışdır.
    Sərçuvar ərazisində Milli Qəhrəman Səfəralı Məmmədovun büstünün ətrafında təmizlik işləri aparılmışdır.
    Milli Qəhrəmanın anım günü ilə əlaqədar Sərçuvar kənd tam orta məktəbində tədbir keçirilmiş, sonra şəhidin məzarı və anası evində ziyarət olunmuşdur.
    Sərçuvar ərazisində şəhid Niyaz Səmədovun anım günü münasibətilə məzarı ziyarət edilmişdir.
    Sərçuvar ərazisində Vətən müharibəsi şəhidi Səməndər İsgəndərovun doğum günü münasibətilə məzarı və ailəsi ziyarət olunmuşdur.
    Sığdaş ərazi dairəsi üzrə:
    Sığdaş ərazisində bələdiyyə tərəfindən Xanalıyan kənd məscidinə istilik sisteminin çəkilməsi məqsədilə 300 manat maddi yardım göstərilmişdir.
    Sığdaş ərazisində bələdiyyə tərəfindən Xanalıyan kənd məscidinin xuddamı Şiriyev Rafət Zəki oğluna 300 manat birdəfəlik aylıq isə 50 manat maddi yardım ayrılmışdır.
    Sığdaş ərazisində şəhid Amid Salayevin doğum günü ilə əlaqədar şəhid ailələri ziyarət olunmuşdur.
    Şərəfə ərazi dairəsi üzrə:
    Şərəfə ərazisində bələdiyyə tərəfindən şəhid Valeh Kərimov küçəsində 400 metr məsafəyə çınqıl tökülərək hamarlanmışdır.
    Şərəfə ərazisində nümayəndəlik tərəfindən şəhid ailəsinin müraciəti əsasında 1 ədəd məişət tullantı qutusu alınmışdır.
    Şərəfə ərazisində vətəndaşların qəbulu keçirilmişdir.
    Şıxlar ərazi dairəsi üzrə:
    Şıxlar ərazisində bələdiyyə və xeyriyyəçilər tərəfindən kənd qəbiristanlığına gedən 90 metr yola çınqıl tökülərək hamarlanmışdır 
    Şıxlar ərazisində ərazi nümayəndəliyi və Masallı Elektrik Şəbəkəsi tərəfindən elektrik naqillərinə toxunan ağaclar budanmışdır.
    Şıxlar ərazisində bələdiyyə və xeyriyyəçilər tərəfindən 1100 metr kənddaxili yola asfalt qırıntısı tökülərək hamarlanmışdır.
    Şıxlar ərazisində bələdiyyə tərəfindən aztəminatlı ailəyə 100 manat maddi yardımı olunmuşdur.
    Təklə ərazi dairəsi üzrə:
    Təklə ərazisində bələdiyyə tərəfindən 4 aztəminatlı ailənin hər birinə 100 manat olmaqla ümumilikdə 400 manat maddi yardım edilmişdir.
    Təklə ərazisinin Mollahəsənli kəndində xeyriyyəçilər tərəfindən mərasim evinin tikintisinə başlanılmışdır.
    Təklə ərazisində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikası vasitəsilə kanal bərkitmə işləri aparılmışdır.
    Təklə ərazisində nümayəndəliyin təşəbbüsü ilə Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikası vasitəsilə 180 hektar pay torpağının sel basmasının qarşısını almaq məqsədilə yeni bəndlər vurulmuşdur.
    Təklə ərazisində şəhid Musa Mustafayevin ailəsi və məzarı ziyarət olunmuşdur.
    Təzə Alvadı: ərazi dairəsi üzrə
    Təzə Alvadı kəndində xeyriyyə fondu tərəfindən 26 aztəminatlı ailənin hər birinə dəyəri 46 manat olmaqla ərzaq yardımı olunmuşdur. 
    Təzə Alvadı ərazisində 65 ədəd şam ağacı əkilmişdir.
    Təzə Alvadı ərazisində xeyriyyəçilər tərəfindən qəbiristanlığın giriş hissəsində yerləşən talvarın dam örtüyü yenilənmişdir.
    Təzə Alvadı ərazisində xeyriyyəçilər tərəfindən 1,2 km uzunluğunda kənddaxili yol qreyder vasitəsilə hamarlanmışdır.
    Təzəkənd ərazi dairəsi üzrə:
    Təzəkənd ərazisində xeyriyyəçilər tərəfindən mərasim evi üçün dəyəri 7600 manat olan stol və stul alınmışdır.
    Təzəkənd ərazisində xeyriyyəçilər tərəfindən 170 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır 
    Təzəkənd ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən əyilmiş işıq dirəkləri və sallanmış elektrik xətləri bərpa olunmuşdur.
    Təzəkənd kəndində 16 metr suötürücü kanal təmizlənmişdir.
    Tüklə ərazi dairəsi üzrə:
    Tüklə ərazi nümayəndəliyi, bələdiyyə və “47 saylı Masallı Yol İstismar” MMC tərəfindən I Qarabağ Müharibəsi Şəhidi İlqar Əliyevin anasının həyətinə çınqıl tökülərək hamarlanmışdır.
    Tüklə ərazisinin Məmmədoba kənd qəbiristanlığında qəbir daşlarına maneyə yaradan ağaclar xeyriyyəçilər tərəfindən budanmışdır.
    Tüklə ərazisində Birinci Qarabağ Müharibəsi şəhidi Əli İbadovun anım günü ilə əlaqədar məzarı ziyarət edilmişdir.
    Tüklə ərazisində I Qarabağ müharibəsi Şəhidi İlqar Əliyevin anası Təhməzova Gülsara Ayaz qızının səhhətində yaranan problemlərlə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlanılmış və evində müayinə olunması təmin edilmişdir. 
    Tüklə ərazisində yol kənarında ağacların budanması işləri görülmüşdür.
    Türkoba ərazi dairəsi üzrə:
    Türkoba ərazi nümayəndəliyi, bələdiyyə və xeyriyyəçilər tərəfindən 400 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
    Türkoba ərazisinin Qəzvinoba kəndində ümumi orta məktəb binasının giriş pillələrinə sürüşmənin qarşısını almaq məqsədi ilə xüsusi lent çəkilmişdir.
    Türkoba ərazisində bələdiyyə tərəfindən II Qarabağ müharibəsi qazisi Məmmədov Orxan Seyran oğluna 100 manat yardım edilmişdir.
    Türkoba ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən ağacların budanması işləri aparılmışdır.
    Türkoba ərazisində Masallı Su Meliorasiya Sistemləri İdarəsinin texnikaları tərəfindən 400 metr kanal lildən təmizlənmişdir.

    Türkoba ərazisində Masallı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin texnikalarının köməyi ilə Türkoba-Mahmudavar kəndləri arasındakı suötürücü kanalın 300 metr məsafəsi lildən təmizlənmişdir.
    Yeyənkənd ərazi dairəsi üzrə:

    Yeyənkənd ərazisində xeyriyyəçilər tərəfindən 20 aztəminatlı ailənin hər birinə dəyəri 110 manat olmaqla ümumilikdə 2200 manat məbləğində ərzaq yardımı göstərilmişdir.

    Yeyənkənd ərazisində xeyriyyəçilər tərəfindən 50 metr məsafədə kanal lildən təmizlənmiş və su boruları quraşdırılmışdır. 
    Yeyənkənd ərazisində 80 metr məsafədə suötürücü kanal təmizlənmişdir.

    Yeyənkənd ərazisində Masallı Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən 2 işıq dirəyi yenisi ilə əvəz olunmuş və bir transformatorda yaranan nasazlıq aradan qaldırılmışdır.
    Yeyənkənd ərazisində Masallı Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən 3 ədəd işıq dirəyi yenisi ilə əvəz olunmuşdur.
    Yeyənkənd ərazisində elektrik və rabitə xətləri üzərinə aşmış ağacın fəsadları aradan qaldırılmışdır.
    Yeyənkənd ərazisində Birinci Qarabağ müharibəsi əlili ziyarət olunaraq ona ərzaq və maddi yardım göstərilmişdir.

    Əlavə olaraq, Masallı rayonunun ərazilərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar dövlət bayrağı endirilmiş, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, həmçinin şəhid məzarları, ailələri və abidələri ziyarət olunmuşdur.

    • Banbaşı, Boradigah, Böyük Kolatan, Çaxırlı, Göyəçöl, Həsənli, Köhnə Alvadı, Mahmudavar, Qarğalıq, Sərçuvar, Sığdaş, Şərəfə, Şıxlar, Təklə, Təzə Alvadı, Təzəkənd, Tüklə, Viləş, Xıl, Xırmandalı və Yeyənkənd ərazilərində şəhid məzarları ziyarət olunmuşdur.
    • Qarğalıq, Göyəçöl, Miyankü, Xıl, Tüklə, Banbaşı, Təzə Alvadı, Mahmudavar, Sərçuvar, Viləş, Təklə, Xırmandalı, Həsənli, Hişkədərə, Səmidxan, Yeddioymaq və Öncəqala ərazilərində şəhid ailələri ziyarət olunmuşdur.

    • Banbaşı, Böyük Kolatan, Çaxırlı, Göyəçöl, Həsənli, Hişkədərə, Köhnə Alvadı, Mahmudavar, Qarğalıq, Qəriblər, Qızılağac, Qızılavar, Qodman, Sərçuvar, Sığdaş, Şərəfə, Təklə, Təzə Alvadı, Təzəkənd, Tüklə, Viləş, Xıl, Xırmandalı və Yeyənkənd ərazilərində ərazi nümayəndəliyi tərəfindən vətəndaş qəbulları keçirilmişdir.

    • • Masallı rayonunun bütün ərazi dairələrində iməciliklər təşkil olunmuşdur.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    2. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    3. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    4. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    5. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    6. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    7. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    8. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    9. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    10. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    11. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    12. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    13. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    14. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    15. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    16. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    17. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    18. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    19. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    20. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    21. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    22. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    23. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    24. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    25. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    26. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    27. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    29. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    30. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    31. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    32. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    33. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    34. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    35. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    37. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    38. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    39. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    40. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    «    Mart 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ