Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
- Bu gün, 21:28
- Maraqlı
- 0
- 16

Müasir beynəlxalq münasibətlər sistemində dini liderlər yalnız dini icmaların nümayəndələri deyil, həm də cəmiyyətlər arasında dialoqun inkişafına töhfə verən nüfuzlu ictimai aktorlardır. Onların bir araya gəlməsi qarşılıqlı etimadın gücləndirilməsi, humanist dəyərlərin təşviqi və müxtəlif xalqlar arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı mövcud olduğu məkan kimi tanınır. Ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin dini nümayəndə heyəti ilə görüşü Azərbaycanın beynəlxalq müstəvidə dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi önəmi nümayiş etdirir.
Aybəniz Novruzova,
Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi





























